PDF Oxu

Siyasət

  • 1 648

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

Türkiyənin siyasi partiyaları, siyasətçiləri, universitet rəhbərləri, vilayət administrasiyaları, həmkarlar ittifaqları, idman klubları, media orqanları və sıravi vətəndaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü ilə əlaqədar təbrikləri paylaşırlar.

SİA xəbər verir ki, müəlliflər Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini "xalqın azadlıq və müstəqillik arzularında tarixi dönüş nöqtələrindən biri" adlandırırlar.

Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının əhəmiyyəti vurğulanır.

Ölkəmizin azadlığı, bütövlüyü və suverenliyi uğrunda mübarizədə qəhrəmanlıq göstərən Azərbaycanın oğul və qızlarına minnətdarlıq bildirilir.

Türkiyə və Azərbaycanın həmrəyliyi və birliyi "Türk dünyasının birliyinin ayrılmaz fundamental elementi" adlandırılır. Şuşa Bəyannaməsinin əhəmiyyətinə və iki qardaş ölkə arasında münasibətlərə xələl gətirməyin yolverilməzliyinə diqqət yetirilir. Azərbaycanın müstəqilliyinin əbədi olacağına qəti inam ifadə olunur.

Digər xəbərlər