PDF Oxu

Siyasət

  • 721

Salyan Elektrik Şəbəkəsində VIII Qurultaydan irəli gələn vəzifələr və Energetiklər Günü ilə bağlı tədbir keçirilib - FOTO

Salyan Elektrik Şəbəkəsində VIII Qurultaydan irəli gələn vəzifələr və Energetiklər Günü ilə bağlı tədbir keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının “Azərişıq” ASC-nin Salyan filialı ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrə və Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən, Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrdən və partiya təşkilatlarının qarşısında duran əsas fəaliyyət istiqamətlərindən bəhs edib. O, bu vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının, təşəbbüskarlığının və ictimai məsuliyyətinin vacibliyini vurğulayıb. Energetika sahəsinin ölkənin davamlı inkişafında roluna toxunan Elmar Əhmədov energetiklərin də öz peşə fəaliyyətlərində məsuliyyətli yanaşmaları və səmərəli əməkləri ilə qarşıya qoyulan hədəflərin reallaşdırılmasına töhfə verdiklərini qeyd edib. Sonda energetikləri peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Salyan Elektrik Şəbəkəsinin rəisi Ruslan Əliyev çıxışında Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin və qarşıya qoyduğu vəzifələrin hər bir sahədə çalışan insanlar üçün fəaliyyət istiqaməti olduğunu qeyd edib. O, bu vəzifələrin gündəlik işdə məsuliyyət, intizam və nəticəyönümlü yanaşma tələb etdiyini bildirərək, rəhbərlik etdiyi kollektivin öz fəaliyyətini bu prinsiplər əsasında qurmasının əhəmiyyətinə toxunub.
Tədbirdə digər çıxış edənlər də Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə düşən məsuliyyətdən danışıblar. Qeyd olunub ki, müəyyən edilmiş hədəflərə nail olmaq üçün partiya üzvləri təmsil etdikləri sahələrdə fəallıq göstərməli, üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasına öz töhfələrini verməlidirlər.
Sonda YAP Salyan rayon təşkilatı tərəfindən energetiklər peşə bayramı münasibətilə Salyan Elektrik Şəbəkəsinin kollektivi təbrik edilib, əməkdaşlara fəaliyyətlərində uğurlar arzulanıb. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

Digər xəbərlər