PDF Oxu

Siyasət

  • 1 323

"“Bakı Prosesi” dünyanı dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq naminə birləşdirir" - DEPUTAT

"“Bakı Prosesi” dünyanı dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq naminə birləşdirir" - DEPUTAT

"Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal sülhə, multikulturalizmə və sivilizasiyalararası anlaşmaya verdiyi dəyərin ən mühüm göstəricilərindən biridir".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.Onun sözlərinə görə, 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş “Bakı Prosesi”nin əsas beynəlxalq tədbiri olan bu forum, qlobal miqyasda qarşılıqlı hörmət və əməkdaşlığın gücləndirilməsinə xidmət edir:"Forum Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq və multikulturalizm üzrə mühüm bir beynəlxalq platforma və strateji qovşaq kimi mövqeyini daha da möhkəmləndirir.
Tədbirin açılışında dövlət başçısının vurğuladığı kimi, forum həm də beynəlxalq münasibətlərdəki ikili standartların rədd edilməsi, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və qarşılıqlı hörmət prinsiplərinin dünyaya çatdırılması üçün güclü bir tribuna rolunu oynayır.Forum müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar və din xadimləri arasında əməkdaşlığa, Şərqlə Qərb arasında mədəni körpü rolunun ön plana çıxarılmasına xidmət edir.VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm beynəlxalq mədəni-ictimai hadisədir.
Azərbaycan cəmiyyəti müstəqillik qazandıqdan sonra fərqli mədəniyyətlərin qovşağına düşmüş və bu mədəniyyətlərə eyni dərəcədə açılmışdır. Ümummilli liderimizin əsasını qoyduğu və bu gün cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən ictimai-siyasi və iqtisadi siyasət Azərbaycanın hərtərəfli inkişafı yolunda daim öz bəhrəsini verir və ölkəmiz dünya ölkələri sırasına yüksək inkişafa malik, hər iki sivilizasiyanın ən gözəl nailiyyətlərini özündə birləşdirən modern bir dövlət kimi daxil olmaqdadır".
Müəllif: Lətifə Musayeva

Digər xəbərlər