PDF Oxu

Siyasət

  • 315

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq: qarşılıqlı etimad və möhkəm əməkdaşlığın yeni perspektivləri - ŞƏRH

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq: qarşılıqlı etimad və möhkəm əməkdaşlığın yeni perspektivləri - ŞƏRH

Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünya dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindəndir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün regionun mühüm siyasi, iqtisadi və enerji mərkəzlərindən biri kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin aparıcı dünya dövlətləri ilə qurduğu əməkdaşlıq əlaqələri Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, milli maraqlarının qorunmasına və yeni inkişaf imkanlarının yaranmasına xidmət edir.
Bəyannamədə təhsil, elm, innovasiya və insan kapitalının inkişafı da mühüm prioritetlər kimi müəyyənləşdirilir. Tərəflər təhsil müəssisələri və elmi təşkilatlar arasında əlaqələrin genişləndirilməsini, bilik və təcrübə mübadiləsini, müasir texnologiyaların tətbiqini və gənclər arasında əməkdaşlığın inkişafını dəstəkləyirlər. İnsanlararası əlaqələrin gücləndirilməsi iki ölkə arasında uzunmüddətli dostluğun möhkəmlənməsinə xidmət edən vacib amil kimi qiymətləndirilir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yalnız diplomatik sənəd deyil, həm də gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm siyasi yol xəritəsidir. Sənədin müddəaları göstərir ki, tərəflər münasibətləri qarşılıqlı maraqlar, beynəlxalq hüquqa hörmət, iqtisadi inkişaf və regional təhlükəsizlik prinsipləri əsasında daha da dərinləşdirmək niyyətindədirlər. Bu tərəfdaşlığın inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi imkanlarının genişlənməsinə və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına müsbət töhfə verə bilər. Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkəmizin çoxşaxəli xarici siyasətinin və beynəlxalq nüfuzunun növbəti göstəricisidir. Bu sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərini yeni mərhələyə yüksəldərək qarşılıqlı etimadın, siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir. Yeni strateji tərəfdaşlıq isə ölkəmizin gələcək inkişafına, beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə və regionda davamlı sülhün möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər