Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və idarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər və İdman Məktəbinin birgə təşkilatçılığı ilə Lənkəran rayonunun Liman şəhərində yerləşən Cənub Regional Boks Mərkəzində boks idman növü üzrə UGİM-in birinciliyi keçirilib.
İki gün davam edən, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda idmançılar müxtəlif çəki dərəcələri üzrə qalibiyyət uğrunda rinqə çıxaraq öz bacarıq və hazırlıq səviyyələrini göstəriblər .
Yarışın sonunda qalib və mükafatçılar diplom və medallara layiq görülüblər .
Yarışın təşkilində isə əsas məqsəd boks idman növünün inkişafına dəstək göstərmək, perspektivli idmançıları üzə çıxarmaq, yeniyetmə və gənclər arasında idmana marağı artırmaq, eyni zamanda onların idman ustalıqlarının yüksəldilməsinə töhfə verməkdən ibarət olub.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi