PDF Oxu

Siyasət

  • 283

“Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar” - ŞƏRH

“Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar” - ŞƏRH

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar” adlı elmi seminar təşkil olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in dəstəyi və Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı sayəsində baş tutan tədbirdə çıxış edən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev qadın sağlamlığının qorunmasının səhiyyə sisteminin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, qadın və qızlarda müşahidə olunan qanaxma hallarının vaxtında aşkarlanmasının, düzgün diaqnostika və müasir müalicə metodlarının tətbiqinin mühüm əhəmiyyət daşıdığını deyib.

Daha sonra Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynovun, TƏBİB-in müvafiq Komissiyasının sədri Təranə Rəcəblinin , Sumqayıt Perinatala Məkəzin mama-ginekoloqu Fidan Cabbarlının və Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu Məhluqə Talıbovanın məruzələri dinlənilib.
Məruzələr zamanı yenidoğulmuşlarda müşahidə olunan qanaxmaların səbəbləri və müalicə yanaşmaları, zahılıq dövründə baş verən qanaxmaların vaxtında aşkarlanması və idarə olunması, eləcə də Von Villebrand xəstəliyinin müasir müalicə və profilaktika üsulları ətraflı müzakirə olunub. Həmçinin bu hallarda erkən diaqnostikanın, düzgün müalicə taktikasının seçilməsinin və fəsadların qarşısının alınmasının əhəmiyyəti bildirilib.
Seminar çərçivəsində iştirakçılar arasında geniş fikir və təcrübə mübadiləsi aparılıb, mövzu ilə bağlı aktual klinik məsələlər ətrafında müzakirələr təşkil olunub. Mütəxəssislər öz praktiki təcrübələrini bölüşərək qanaxma hallarının erkən aşkarlanması, düzgün diaqnostikası, müasir müalicə metodlarının tətbiqi və mümkün ağırlaşmaların qarşısının alınması istiqamətində yanaşmaları diqqətə çatdırıblar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər