Lerik rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbir "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətidir" adlanırdı. Lerik rayonu üzrə mədəniyyət müəssisələrinin birgə iştirakı sayəsində baş tutan tədbir "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar idi.
Tədbirdə çıxışlar zamanı bildirildi ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və bu sahədə ardıcıl, sistemli və məqsədyönlü tədbirlər görülür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı islahatlar dövlət idarəçiliyində şəffaflığın artırılmasına, hesabatlılığın gücləndirilməsinə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edir. Məhz bu məqsədlə qəbul edilən "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" bütün dövlət qurumları, o cümlədən mədəniyyət müəssisələri qarşısında mühüm vəzifələr qoyur.
Çıxış edənlər, həmçinin 2026-ci il ərzində Lerik rayonunun mədəniyyət müəssisələrində Fəaliyyət Planının və Mədəniyyət Nazirliyinin müvafiq İş Planının tələblərinə uyğun olaraq görülən işlər barədə ətraflı məlumat veriblər.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi