Siyasət

  • 5 812

Kamilə Əliyevanın seçicilərlə görüşü keçirilib

image

111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Yanvarın 22-də Kamilə xanım Əliyeva Zaqatala rayonunda bir neçə kənddə seçicilərlə görüşüb.Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində günün birinci yarısında Zaqatala rayonunun Uzuntala, Balakən rayonunun İtitala kəndlərinin sakinləri ilə genişmiqyaslı görüş keçirib. Günün ikinci yarısı isə onun Zaqatala rayonunun III Tala sakinləri ilə fərdi görüşlər təşkil olunub. Görüşdə Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, digər səlahiyyətli nümayəndələr iştirak etmişdir. Kamilə Əliyeva və Habil Qurbanov geniş məzmunlu çıxış etmişlər. Habil Qurbanov Kamilə xanımın bundan əvvəlki iki çağırış millət vəkili kimi gördüyü işlərdən və fəaliyyətindən bəhs edərək sakinləri seçkilərdə aktiv iştirak etməyə, layiqli namizədə səs verməyə səslədi. Namizəd Kamilə Əliyeva çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən və aparılan dövlət siytasətindən söz açmışdır. Sonra görüş diskussiya şəraitində davam etdirilmişdir. Sakinlər tərəfindən səsləndirilən təklif və problemlər dinlənilərək qeydə alınmışdır.Görüşlərdə yuxarıda sadalanan kəndlərin seçiciləri, ağsaqqallar, ağbirçəklər və gənclər də olmaqla, ümumilikdə, 200-ə yaxın insan iştirak etmişdir. Kamilə xanım bu görüşdə insanların, ümumilikdə və fərdi şəkildə etdiyi müraciətlərə diqqətlə qulaq asaraq, aidiyyatı üzrə baxılması üçün qeydlərini götürmüşdür.Fərdi görüşlər zamanı seçicilər millət vəkilliyinə namizəd Kamilə xanım Əliyevaya qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzuladılar.Fevralın 9-da keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 111 saylı Zaqatala-Balakən Seçki Dairəsi üzrə deputatlığa namizəd Kamilə Əliyevanın Zaqatalanın Mazıx və Balakənin Hənifə kəndlərində seçicilərlə görüşləri keçirilib. Bundan əlavə, Kamilə Əliyevanın Zaqatala şəhər seçiciləri ilə də fərdi görüşləri olmuşdur.Görüşlər zamanı deputatlığa namizəd Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, son 16 il ərzində, gördüyü işlər haqqında seçicilərə geniş məlumat vermiş, aparılan uğurlu və məqsədyönlü siyasətin nəticələrini seçicilərin nəzərinə çatdırmışdır. Son illərdə ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məhz Cənab Prezidentin apardığı islahatlar nəticəsində mümkünlüyü vurğulanmışdır.Kamilə Əliyeva seçki platforması haqqında, eləcə də, 9 il ərzində gördüyü işlərin hesabatını seçicilərin diqqətinə çatdırmışdır. O, "Daha güclü Azərbaycan naminə" YAP-ın namizədinə səs verməyə seçiciləri dəvət etmişdir.Sonda seçicilər çıxışları zamanı öz razılıqlarını bildirərək, Kamilə Əliyeva səs verəcəklərini bildirmişlər.

ZÜMRÜD

Digər xəbərlər