Siyasət

  • 6 525

“Paşinyanın fikirləri absurddur və xəyaldır”

image

Nəinki Paşinyan, Ermənistanın əvvəlki prezidentləri də həmişə Qarabağ məsələsində ikili mövqedən çıxış ediblər. Bunu SİA-ya açıqlamasında milli məclisin deputatı Tahir Rzayev deyib.Millət vəkili qeyd edib ki, onlar beynəlxalq təşkilatlarda, müəyyən görüşlərdə, ATƏT-in Minsk Qrupunun rəhbərləri, həmsədrlərlə görüşündə həmişə sülhün tərəfdarı olduğunu, Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olduqlarını guya nümayiş etdiriblərsə də, əslində bu belə deyil.“Onlar daimi olaraq ikili mövqedən çıxış edən adamlar olublar. Bu gün də Paşinyan bunu ifrat dərəcədə yerinə yetirir. Sərsəm bəyanatlarla, Qarabağa səfərləri ilə, erməni icması ilə görüşləri ilə sübut etməyə çalışır ki, o əsl vətənpərvərdir, guya Ermənistanın xalqını ürəkdən sevən bir adamdır. Əslində isə belə deyil və o vəzifə üçün gəlib və o heç lazım olan səviyyədə bir siyasətçi də deyil. Bu gün onun Qarabağa səfərləri də, eləcə də Qarabağın sülh yolu ilə həll olunmasına münasibətdə çıxışları da göstərir ki, bu insan özü-özünü idarə edə bilmir. Əlbəttə, bizim hamımıza məlumdur ki, Ermənistan bu gün idarə olunmayam bir respublikadır. Onlar diqtə ilə işləyirlər. Onlara havadarlıq edənlərin diqtəsi ilə işlədiklərinə görə bu ölkənin rəhbərlərinin vahid bir siyasəti, nə də vahid bir sözü ola bilməz. Hansı yolu onlara göstərirlərsə o yolla da gedirlər.Bu gün Paşinyan Dağlıq Qarabağa gəlib onun müstəqil olduğunu göstərmək istəyir, amma danışıqlara gələndə deyir ki, Qarabağ əraziləri Ermənistana məxsusdur. İkili fikirlər söyləyir və beynəlxalq ictimaiyyəti aldatmaq niyyəti güdür. Bu adama nə tapşırılırsa o da deyir, amma bu adamın dəqiq fikirləri olmalıdır və onu da deməlidir. Lakin bu adam öz fikirlərini deyəsi deyil. Ona görə deyəsi deyil ki, Ermənistan özü, öz rəhbəri tərəfindən idarə olunan respublika deyil. Nə qədər ki, havadarları bu respublikaya nəzarət edəcəklər, bu rəhbərləri əllərində oynadacaqlar, onlar vahid bir fikrə gələ bilməyəcəklər. Bunu da onlardan gözləmək lazım deyil. Ona görə də Paşinyanın fikirləri absurddur, xəyaldır ki, bu respublika olacaq və bu da mümkün deyil. Çünki, Cənab Prezident bütün çıxışlarında deyir ki,Qarabağ danışıqlar mövzusu ola bilməz. Azərbaycanın bütövlüyü təmin olunmalıdır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz hansı yolla olur-olsun, istər sülh, istərsə də hərb yolu ilə bu məsələni həll eləməliyik”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər