Siyasət

  • 5 299

"“ASAN xidmət” dünyaya səs salan bir layihədir və Azərbaycan brendidir" ÖZƏL-MÜNASİBƏT

image

""ASAN xidmət” Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsən layihəsidir". Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.Deputatın sözlərinə görə, "ASAN xidmət” dünyaya səs salan bir layihədir və Azərbaycan brendidir: "Biz həmişə Azərbaycana məxsus olan və dünyaya təqdim edə biləcək bir məqamın yetişməsini istəmişdik. Hələ zamanında Ümummilli Lider Heydər Əliyev demişdir ki, “Azərbaycan dünyaya bir günəş kimi doğacaq”. Bu gün möhtərəm cənab Prezidentimiz isə dünya xəritəsində bir zərrə qədər görünən Azərbaycanı bu gün dünyanın özü qədər böyüdüb. Bəli, “ASAN xidmət” dünyanın Azərbaycan brendidir və hesab edirəm ki, dünyada sosial innovasiyanın ən yüksək mükəmməl bir zirvəsidir. Çox fəxrlə və cəsarətlə deyirəm ki, gələcəkdə “ASAN xidmət”in təcrübəsi bütün dünya üzrə bir nümunə olaraq götürüləcək və tətbiq olunacaq. Təbii ki, bu doğurdan da qürurverici bir andır. “ASAN xidmət” insanlarımızda məmnunluq hissini yaradan, rahatlığı, şəffaflığı təmin edən bir layihədir və ən əsası korrupsiyaya qarşı mübarizə üsullarına bir töhvədir. Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev birmənalı olaraq dedi ki, ““ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərdə hökm sürən nizam-intizam, mədəniyyət, dürüstlük Azərbaycan cəmiyyətində böyük yenilik və ictimai xidmətlər sahəsində inqilab oldu”. Gələcəkdə Azərbaycan Prezidenti müəllifi olduğu bu cür layihələri hələ dünyaya çox təqdim edəcək”.

sia.az

Digər xəbərlər