PDF Oxu

Siyasət

  • 34 167

"Prezidentin Parlamendəki çıxışı diqqəti cəlb edən bir hadisə oldu" ÖZƏL - AÇIQLAMA

image

"Prezident İlham Əliyev Milli Məclisdə çıxışı zamanı ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı Parlamentə təkliflər verməyi tövsiyyə etdi. Burada cəmiyyəti narahat edən məsələlərin yüksək hakimiyyət orqanları qarşısında qaldırılması məsələləri də var". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyevin Parlamentdəki çıxışını şərh edərkən deyib.O bildirib ki, Prezident İlham Əliyevin Parlamendəki çıxışı diqqəti cəlb edən bir hadisə oldu və onun qaldırdığı məsələlər bu gün təkcə Parlamentdə deyil, ümumiyyətlə, cəmiyyət qarşısında duran və aktual xarakter daşıyan məsələlərdir: "Cəmiyyət Prezident İlham Əliyevin bu məsələlərin həllində fəaliyyətinin və gündəmə gətirdiyi məsələlərin şahidi olur. Prezident ictimaiyyəti maraqlandıran məsələlərin həllində Parlamentə töhvə verməsini tövsiyyə etdi. Cəmiyyəti narahat edən məsələlərin daima öyrənilməsi, bu məsələlərə hərtərəfli baxılması və yüksək hakimiyyət orqanlarının həllinə baxılması üçün qaldırılması, eyni zamanda Azərbaycan maraqlarının beynəlxalq aləmdə, qlobal müstəvidə təmin edilməsi, Parlamentin qanunvericilik sahəsində daha səmərəli fəaliyyət göstərməsi məsələləri diqqətə çatdırıldı və səslənən tövsiyyələr sırasında yer aldı".Millət vəkili vurğulayıb ki, sadalanan məsələlərin və tövsiyyələrin hamısı Parlament üzvləri tərəfindən diqqətə götürülüb: "Bütün bunlar Parlament tərəfindən diqqətdə saxlanılacaq. Parlamentin Azərbaycanda gedən yenilənmə və quruculuq işlərində fəal iştirak edəcəyinə şübhəmiz yoxdur. Hesab edirəm ki, deputat mövqeyindən çıxış edən şəxslər qarşıdan gələn dövrdə bu tövsiyyə və məsələlərlə bağlı çox məsuliyyətli şəkildə dövlət və cəmiyyət qarşısında öz fəaliyyətini göstərəcəklər".

sia.az

Digər xəbərlər