Siyasət

  • 10 753

"Hər kəs Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir”. Bu fikirləri SİA-ya millət vəkili İlham Məmmədov deyib.Deputatın sözlərinə görə, vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi vacib amillərdən biridir: “Məsafənin saxlanması, maskadan istifadə, gigyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Karantin rejimi yumşldılandan sonra mollara və digər mağazalara yenə insan axını baş verir. Təəssüf ki, vətəndaşlar arasında maskasız olanlar da çoxdur, ara məsafəsini gözləməyənlər də. Bütün bunlara əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir”.Millət vəkili deyib ki, bu gün hər bir vətəndaşımız cənab Prezident İlham Əliyevin bütün qapalı yerlərdə tibbi maskadan istifadə etməsini özünə nümunə götürməli, öz şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir: “Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə, bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Bir sözlə, vətəndaşlar daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər. Dövlət başçısının qeyd etdiyi kimi, cəmiyyətimiz yeni davranış qaydaları çərçivəsində yaşamağa öyrəşməlidir. Yumşaldıcı addımlar atılmasına baxmayaraq, xəstələrin sayı kəskin artacağı təqdirdə, yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq”.

sia.az

Digər xəbərlər