Siyasət

  • 10 915

"Cərimələrin tətbiqi vacibdir" ÖZƏL-ŞƏRH

image

"Koronavirus (COVİD-19) pandemiyası bizim ölkəmizdə yaranmayıb. Bu virus xaricdə yaranıb. Biz də dünyanın bir hissəsi olduğumuzdan digər ölkələrlə yanaşı Azərbaycanda da yayılıb. Onun qarşısını almaqdan ötrü ilk zəruri tədbirləri cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlət və hökumət qurumlarımız vaxtında atdı. Burada başlıca məqsəd Azərbaycan vətəndaşının salamat qalmasına nail olmaq, sağlamlığını qorumaqdır. Bununla yanaşı dövlətimiz çox böyük işlər həyata keçirdi. Çalışmayanlara sosial yardımların edilməsi, Heydər Əliyev Fondu tərəfindən ərzaq bağlamalarının göndərilməsi kimi və s. digər məsələlər həll edildi. Eyni zamanda bu ağır gündə spirt istehsal edən zavod və maska fabriki açıldı. Həmçinin bir neçə modul tipli xəstəxana istifadəyə verildi, yeni klinika xəstələri qəbul etdi". Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, pandemiya ilə bağlı dövlət özündən asılı olan hər şeyi edib: "Amma bu kifayətdirmi? Heç şübhəsiz ki, xeyr. Çox şey vətəndaşdan asılıdır. Çünki dövlət hər metro qatarının vaqonuna, hər avtobusun giriş qapısına, hər binanın giriş qapısına bir nəfər polis işçisi qoymaq olmaz. Onlar vətəndaşlara söyləsinlər ki, maska taxmaq lazımdır. Bütün bu məsələlərin bəzi məsuliyyətsiz şəxslər tərəfindən gözlənilməməsi xəstələrin sayının artmasına gətirib çıxardı. Belə məsuliyyətsiz insanlar başa düşməlidirlər ki, onların fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatında gerilik ola bilər, vətəndaşlarımız həyatlarını daha çox itirə bilərlər.Məsələnin tamam başqa bir tərəfinə diqqət yetirək. Minlərlə ailə övladına toy etmək arzusu ilə yaşayır. Bu gün toylarımız yoxdur. Bunu demoqrafik prosesə təsiri necə olacaq? Ona görə də sərtləşdirmənin zəruri olduğu hər kəsə aydın idi. "Koronavirus mənə heç bir şey edə bilməz" deyənlər yaranmış vəziyyəti görsünlər. Xəstələrin sayı artar, xəstəxanalarda çarpayı çatmaz. Çarpayı çatsa belə bir neçə gün və ya bir neçə ay ərzində həkimlərin sayını artırmaq mümkün deyil. Biz hansı böyük fəlakətlə qarşı-qarşıya dayandığımızı dərk etməliyik. Ona görə də hesab edirəm ki, cərimələrin tətbiqi vacibdir. Maska taxmayan heç bir şəxsi avtobus sürücüsü içəri buraxmamalıdır. İctimai qınaq olmalıdır, sosial məsafə gözlənilməlidir və dezinfeksiya vasitələrindən istifadə edilməlidir. Bu qayda ərzaq mağazalarında, metro stansiyalarında, küçədə və s. gözlənilməlidir. Bizim bəzi vətəndaşlarımızın laqeyidsizliyi ucbatından vəziyyət bu yerə gəlib çıxıb.Hesab edirəm ki, hökumətimizin aldığı tədbirlər vaxtındadır və sərtləşdirməyə getməkdə fayda var. Əks təqdirdə bizim millətimizin övladları həyatlarını itirərlər. Hər bir insan ilk növbədə özünün, ailəsinin, qohum-əqrəbasının, yaxınlarının sağlamlığının qeydinə qalmalıdır. Məsuliyyətsiz hərəkətlərə yol vermək olmaz. Dövlət özündən asılı olan hər şeyi edir və vətəndaş da ilk növbədə özünü qorumalıdır. Özünü qorumaqla ailəsini, qohum-əqrəbasını, yaxınlarını və cəmiyyəti qoruyur. Bu sadə bir düsturdur".

sia.az

Digər xəbərlər