Siyasət

  • 11 195

"Belə yanaşma əslilndə xalqımızın milli davasına xəyanətdir" - MÖVQE ÖZƏL

image

"Hazırda Azərbaycan bütün milli resurslarını o cümlədən diplomatik və informasiya resurslarını səfərbər edərək müxtəlif platformalarda erməni təxribatlarına cavab verir. Ön cəbhədə olduğu kimi informasiya cəbhəsində də qətiyyətli və tutarlı addımların atılması düşmənə verilən olduqca mühüm cavab kimi qiymətləndirilməlidir. Bu prosesdə xalqımız öz milli birliyini və həmrəyliyini nümayiş etdirərək dünyanın bir çox ölkələrində dinc nümayişlər keçirməklə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq hüquqla tanınan haqqını tələb edir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, xalq ərazi bütövlüyümüzün bərpa olunmasını istəyir: "Bu haqq milli haqqımız, bu dava milli davamızıdır. Ancaq təəssüf ki, içərimizdə olan" 5-ci kolon" nümayəndələri və xaricdə yaşayan bəzi fərdlər milli mübarizəmizdə ermənilərin lehinə olan addımlar atır, bəyanatlar verirlər. Başda Əli Kərimli olmaqla bir qrup radikallar xalqımızın nümayiş etdirdiyi milli birlikdən narahatlıq hissi keçirir, onun qətiyyətinə mübarizə əzminə kölgə salamğa çalışırlar. Xaricdə yaşayan Sevinc Osamanqızı, Arif Məmmədov, Vidadi İskəndərli və digərləri azərbaycanlıların keçirdikləri dinc nümayişləri erməilərin prizmasından qiymətləndiriərək onu gözdən saımağa çalışır, gərəksiz və lüzumsuz addım kimi qiymətləndirilər. Belə yanaşma əslilndə xalqımızın milli davasına xəyanətdir".H.Babaoğlu bildirib ki, məsələnin digər tərəfi isə ondan ibarətdir ki, müxtəlif internet resurslarında fəal olan bu şəxslər sanki eyni mərkəzdən direktiv almış kimi sinxron hərəkət edir, xalqımızın milli davasını və milli maraqlarını hədəfə alırlar: "Son günlər həmin şəxslərin mətbu fəaliyyətlərinin məhz dinc nümayişçilərimizin fəaliyyətinin tənqidinə, onun gözdən salınmasına fokuslanması bir daha onların azərbaycanafob mərkəzlərlə sinxron hərəkət etmələrini ortaya qoyur. Ancaq Azərbaycan xalqının milli yaddaşı bütövdür, obyektiv əsaslarda formalaşıb və düzgündür. Milli mübarizəmizdə kimin nə vaxt ona xəyanət etdiyini yaxşı yadında saxlayır və və lazımi şəkildə cəzalandırmağı bacarır. Bu gün bu cəza ictimai qınaqdırsa, sabah seçki qutularının başında ona xəyanət edənlərin baykot olunmasıdır. Ona görə də, hər kəs əmin olsun ki, xalqımızın nümayiş etdirdiyi bu milli birlik və həmrəylik qələbəmizi və ərazi bütövlüyümüzü təmin edəcək, ona mane olanlar isə yenə də siyasi sitemimizin autsayderləri olaraq qalacaqlar".

sia.az

Digər xəbərlər