Siyasət

  • 7 884

"Nə üçün hüquq müstəvisində düşməni diz çökdürə bilmirik?" ÖZƏL-MÜNASİBƏT

image

“Ermənilər igidliyi milli dəyərimizə çevrilmiş, vətənsevərlik simvolu olan Ramil Səfərovdan əl çəkmir. Bildiyiniz kimi, düşmən ölkə bayrağımızı təhqir etdiyinə görə erməni leytenantını qətlə yetirən qəhrəman zabitimiz Ramil Səfərova yeni-yeni məhkəmələr qurmağa çalışırlar. Lakin heç nəyə nail ola bilmirlər”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Onun sözlərinə görə, quduz it kimi öldürülən erməni hərbçisinin babası bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib: “Amma məhkəmə bu iddianı da təmin etməyib. Dövlətimizin həmin işdə heç bir təqsirinin olmadığı, Ramil Səfərovun ölkəmizə ekstradisiyasının və Prezident İlham Əliyev tərəfindən əfv edilməsinin qanunlara uyğun olduğu bir daha sübut olunmuşdur. Məsələ burasındadır ki, düşmən tərəfi iddialarının perspektivsiz olduğunu yaxşı bilir. Sadəcə, dövlətimizin beynəlxalq imicinə xələl gətirmək, başımızı qatmaq, dünya ictimaiyyətinin fikrini öz hərbi cinayətlərindən yayındırmaq üçün bu addımı atır. Bəs, biz niyə susuruq? Nəyə görə beynəlxalq məhkəmələrdə haqqımızı aramağı bacarmırıq? Nə üçün hüquq müstəvisində düşməni diz çökdürə bilmirik?Xalqımıza, ölkəmizə qarşı törədilən bütün cinayətlər birbaşa Ermənistan dövləti tərəfindən həyata keçirilib və bu gün də davam etməkdədir. Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu məhz Ermənistan işğal edib. Beynəlxalq hüquq güc tətbiq edilməklə ərazilər əldə olunmasını cinayət sayır. Amma Ermənistan özünün nizami ordusu vasitəsilə torpaqlarımızı zəbt edib. Bu işğal aktı BMT TŞ-nın 4 məlum qətnaməsində də öz əksini tapıb. Belə olduğu halda biz niyə beynəlxalq məhkəməyə müraciət etmirik?Beynəlxalq hüquq işğal olunmuş ərazilərdə mülki əhaliyə, onların həyatına, əmlakına qarşı bütün hərəkətləri hərbi cinayət sayır. Ermənistan təcavüzün gedişində dəhşətli hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımılar törədib. Nədən Azərbaycan dünya miqyasında hüquqi platformada bu məsələni qaldırmır? Axı, Ermənistanın bir dövlət kimi cinayət məsuliyyəti müvafiq dövlətlərarası mexanizmlər vasitəsilə təmin edilə bilər.Sözügedən ağır cinayətlərə görə, fərdi məsuliyyəti milli məhkəmələr, o cümlədən cəlb edilmiş müxtəlif dövlətlərin və ya üçüncü ölkələrin vasitəsilə həyata keçirilə bilər.Şübhəsiz ki, bütün bunları Xarici işlər nazirliyindəki hüquqşünaslar, mütəxəssislər, diplomatlar yaxşı bilirlər. Bilsələr də, bu uzun illər ərzində biz onların hüquq cəbhəsində düşmənə ciddi bir həmləsinin şahidi olmamışıq. Görünür, keçmiş nazir E.Məmmədyarovun dönəmində korrupsiya və dövlət vəsaitlərinin talanması bu dövlət orqanının rəhbərliyini o qədər məşğul etmişdi ki, ölkənin əsas problemlərini unutmuşdular.İnanıram ki, XİN-dəki kadr dəyişikliyi dövlətimizin xarici siyasətinin düzgün icra edilməsində keyfiyyət dəyişikliklərinə də səbəb olacaq, düşmənlərimiz təkcə ordumuzdan deyil, diplomatlarımızdan, hüquqşünaslarımızdan da qorxacaqlar”.

sia.az

Digər xəbərlər