Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayonun ən yüksək 675 bal toplayan Quba şəhər 2 saylı Azad Məmmədov adına təbiət fənləri təmayüllü məktəb –liseyin məzunu Nəzərov Aqil Elnur oğlu, 664 bal toplamış Birinci Nügədi kənd Zəki Kərimov adına 1 saylı tam orta məktəbinin məzunu Əzizov Məhəmməd Müşfiq oğlu və 654 bal toplamış Güləzi kənd tam orta məktəbinin məzunu Musayev Urfan Təvəkkül oğlu ilə karantin qaydalarına uyğun olaraq görüş keçirmişdir. YAP Quba rayon təşkilatının sədri Yusif Abidov tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etmişdir ki, rayonda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması sevindiricidir.Bu həm də gənclərimizin elmə, biliyə olan marağının artması deməkdir. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan rayon təşkilat sədri vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Ölkə başçısı Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Bu diqqətin nəticəsində təhsil uğurları daha da artmaqdadır. YAP Quba rayon təşkilatının sədri Yusif Abidov tələbə adı qazanmış gəncləri təbrik edərək təhsil yollarında onlara uğurlar arzuladı. Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələr YAP Quba rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilmiş, hədiyyələrlə qiymətləndirilmiş və onlarla xatirə şəkli çəkilmişdir.
sia.az