Siyasət

  • 5 099

Cəbhə bölgəsində olan isveçrəli jurnalist Andre Vidmerin “Onlar atəş altında geri dönmələrini gözləyirlər” başlıqlı məqaləsi dərc olunub

image

İsveçrənin tanınmış jurnalisti, postsovet məkanı üzrə araşdırmaçı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Unudulmuş münaqişə” kitabının müəllifi Andre Vidmerin ”Frankfurter Allgemeine Zeitung” qəzetində “Onlar atəş altında geri dönmələrini gözləyirlər” başlıqlı məqaləsi dərc olunub.

Hazırda Tərtərdə olan A. Vidmer məqaləsində 30 ilə yaxın müddət ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıdacaqlarına ümid etdikləri qeyd edir. Məqalədə gün ərzində partlayışların eşidildiyi, tez-tez raket atəşlərinin açılması, evlərin pəncərələrinin və tavanlarının yararsız vəziyyətə düşdüyü və Tərtərin Marqusovan (Şıxarx) adlı məcburi köçkun qəsəbəsinin əhalisinin gecələr hava hücumundan qorunmaq üçün anbarlarda gecələdikləri bildirilir. Bu qəsəbənin cəbhə xəttinə yaxın olması və burada əsasən 1991-1994-cü illərdə baş vemriş birinci Dağlıq Qarabağ münaqişəsi zamanı məskunlaşmış təqribən 1100 məcburi köçkünün yaşaması oxuyucuların diqqətinə çatdırılır. Məqalədə həmçinin Tərtərin əhalisinin bir çox hissəsinin hal-hazırda cəbhədə döyüşdüyü də qeyd edilir.
Məqalədə bildirilir ki, 26 il erməni qüvvələrinin nəzarəti altında olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun uğrunda ikinci müharibə sentyabrın 27-də yenidən alovlanıb və hər iki tərəf bir-birini qarşılıqlı şəkildə atəşin açılmasında günahlandırır. A.Vidmer hal-hazırkı vəziyyətə baxmayaraq, yaşadığı Marqusovan qəsəbəsini tərk etməyən Xalıq Hümbətovun fikirlərinə məqalədə yer verir və qeyd edir ki, X.Hümbətov evlərinin əslində bu qəsəbədə yox, Madagiz (Suqovuşan) kəndində olduğunu və həmin kəndin Azərbaycan ordusu tərəfindən artıq azad edildiyini deyir. X.Hümbətov Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yayılan və azad olmuş ərazilərin əks olunduğu videogörüntülərdən birində özünün əvvəlki evini, daha doğrusu onun qalıqlarının gördüyünü söyləyir. Yazıda X.Hümbətovun 1993-cü ildə Maqadiz kəndinən məcbur olaraq köçdüyünü və valideynlərini müharibədə itirməsi qeyd olunur.
Daha sonra A.Vidmer 1994-cü ildə atəşkəsin imzalanmasını, lakin münaqişənin həll olunmadığını, 30.000-ə yaxın insanın həlak olduğunu, 800.000 azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur qaldığını və Azərbaycan Respublikasının beynəlxalq şəkildə tanınmış ərazisinin 20 faizə yaxın hissəsinin Ermənistanın nəzarəti altında olduğunu qeyd edir.
Məqalədə Dağlıq Qarabağda etnik cəhətdən ermənilərin azərbaycanlılara nisbətdə çoxluq təşkil etsə də, işğal edilən ətraf yeddi ərtaf rayonlarının əhalisinin 90 faizinin azərbaycanlılardan ibarət olması bildirilir və əhalinin bu rayonlardan qovulması diqqətə çatdırılır. Eyni zamanda məqalədə qeyd edilir ki, 20 ildən çox bir müddətdə ATƏT-in Minsk qrupu və eləcə də çoxlu sayda ikitərəfli görüşlər çərçivəsində diplomatik həllin tapılması mümkün olmayıb. Ermənilər danışıqlarda israrla dünyanın heç bir dövləti tərəfindən və eləcə də Ermənistanın özü tərəfindən tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın öz müqəddəratını təyin etmək hüququna istinad etsələr də, Azərbaycan tərəfi beynəlxalq hüquqa və ölkənin ərazi bütövlüyünün bərpa olmasının vacibliyi üzərində dayanıb.
Məqalədə həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın ritorikası və mövqeyi, eləcə də bu ilin sentyabr ayında “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşa şəhərinə köçürüləcəyini elan etməsi və azərbaycanlılar üçün milli mədəniyyət və musiqisinin beşiyi sayılan Şuşa ilə bağlı qıcıqlandırıcı addımlarından bəhs olunur.
Məqalənin yekununda Xaliq Hümbətov kimi digər qaçqınların da öz ata-baba yurdlarına qayıdacaqlarını səbirsizliklə gözlədikləri yazılır.

yap.org.az

Digər xəbərlər