Siyasət

  • 5 416

YAP Oğuz rayon təşkilatının hesabat yığıncağı keçirilib

image

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib.Hesabat yığıncağında YAP-ın təşkilat şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP İcra katibinin məsul işçisi Ramil Mirzəyev, YAP Oğuz rayon təşkilatının İdarə Heyətinin üzvləri, Şura üzvləri, ilk partiya təşkilat sədrləri, partiya veteranları və Gənclər Birliyinin üzvləri iştirak edib.Tədbiri giriş sözü ilə açan, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov geniş hesabat məruzəsi ilə çıxış edərək, həyata keçirilən islahatlardan, ölkəmizin koronavirusa qarşı mübarizəsindən və şanlı qələbəmizdən bəhs edib. S.Məhərrəmov qeyd edib ki, rayon təşkilatı hər il olduğu kimi çətin və mürəkkəb 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun qurub. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.S.Məhərrəmov qeyd edib ki, ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanılıb. Statistik hesabata görə, hazırda rayon təşkilatı üzrə 4819 nəfər partiya üzvünün 2013 nəfəri qadınlar, 1638 nəfəri isə gənclərdir.Hesabatda yığıncağında çıxış edən YAP İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin müdiri, millət vəkili Aydın Hüseynov bildirib ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun 2003-cü ildən başlayaraq cənab Prezidentimiz tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində ölkəmizin sosial-iqtisadi və mədəni həyatında dinamik inkişafa nail olunub, bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb. Natiq, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının ötən dövrdəki fəaliyyətini qənaətbəxş qiymətləndirərək, təşkilata fəaliyyətində uğurlar arzulayıb.Yığıncaqda YAP İcra katibinin məsul işçisi Ramil Mirzəyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu nəticələrindən bəhs edib, rayon təşkilatının ötənilki fəaliyyətini yüksək qiymətləndirib.Çıxışlardan sonra hesabat məruzəsi və 2021-ci il üçün müvafiq Fəaliyyət Planı qəbul edilib.

sia.az

Digər xəbərlər