PDF Oxu

Siyasət

  • 3 779

Rusiyanın Qarabağdakı fəaliyyətini inkişaf etdirməsi sülh və təhlükəsizliyə təhdiddir - ŞƏRH ÖZƏL

image

“Rusiya müdafiə nazirinin muavini Bulqakovun Xankəndiyə səfəri çərçivəsində burada sülhməramlı qüvvələr üçün tikilən şəhərciklərin açılışında iştirakı, ilk nöbədə Azərbycanın razılığı ilə olmalıdır. Ümumiyyətlə, Rusiya tərəfi məhz Azərbaycanın razılığı ilə burada sülhməramlı missiyada iştirak edir. Amma Rusiya tərəfi elə bir siyasət ortaya qoyur ki, Qarabağda fəaliyyətində müstəqil siyasət aparır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Ekspert bildirib ki, ilk növbədə Rusiyanın burada atdığı addımlar Azərbaycanla razılaşdırılmalıdır: “Rusiya 1960 nəfərdən ibarət olan şəxsi heyəti üçün şəhərciklər inşa edir və bunların açılışına Rusiya müdafiə nazirinin müavini qatılır. Qeyd edim ki, Rusiyanın müdafiə nazirinin müavini Bulqakov xüsusi missiyası mübahisəli regionlara səfər etmək və prosesləri qızışdırmaqdan ibarətdir. Onun Qarabağa gəlişi sıradan bir açılış lentini kəsmək deyil. Görünür, Rusiya burada yeni hədəfləri var və Rusiya Türkiyə əlaqələrinin Suriyada gərgin mərhələyə keçidi fonunda Qarabağa belə bir səfəri ciddi hadisədir”.M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan prosesləri diqqətlə izləməli, Rusiyanın burada öz silahlı qüvvələrinin artırılmasına imkan verməməlidir: “Bundan əlavə, Qarabağadakı şəhərciklərin bir qismində silahlı erməni birləşmələrinin istifadəsinə verilməsi mümkündür. Azərbaycan Xankəndi və ətrafında Rusiyanın artan hərbi imkanlarına qarşı kompleks tədbirlər görməlidir. Prezident İlham Əliyev də Rusiyanın sülhməramlı siyasətindən narazıdır. Rusiya Qarabağda fəaliyyətini inkişaf etdirməklə, bütövlükdə sülh və təhlükəsizliyi təhdid edəcək”.

sia.az

Digər xəbərlər