Siyasət

  • 4 192

Ağcabədidə 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş videokonfrans keçirilib

image

YAP Ağcabədi rayon təşkilatının, Ağcabədi rayon icra hakimiyyətinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin, Ağcabədi rayon gənclər və idman idarəsinin nümayəndələrinin iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırımının 103-sü ildönümü münasibətilə videokonfrans keçirilib.Konfransı YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq 1918-ci ildə mart ayının 30-dan aprel ayının 3-vək erməni millətçilərinin Bakı şəhəri, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvanda və digər bölgələrdə törətdikləri kütləvi qətllər, talan və etnik təmizləmələr aparması barədə məlumat verib. O qeyd edib ki, həmin dövrdə ermənilərin törətdikləri vəhşiliklər, xüsusi amansızlıqla törədilmiş, dəhşətli hadisədir. Ermənilərin əsrlər boyu məqsədyönlü olaraq xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasəti faktlar, rəqəmlər, sənədlər və arxiv materialları ilə sübut edilib. Ermənilərin Azərbaycanda törətdikləri soyqırım hadisələrinin yaddaşlarda qalması, gələcək nəsillərə ötürülməsinə rəsmi yanaşma baxımından Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması çox böyük siyasi əhəmiyyət daşıyır. N.Bünyatov çıxışında onu da qeyd edib ki, ermənilərin yüz illər boyu davam edən vəhşiliyinin cavabı 44 günlük Zəfər Müharibəsində verildi. İstər çar Rusiyası dövründə, istər bolşevizim, istərsə də sovet dönəmində Xocalıda törədilən soyqırımında amansızlıqla qətlə yetirilən soydaşlarımızın qisası alındı. Bu qələbə ölkə rəhbərliyi, Ordu və xalqın sarsılmaz ittifaqı nəticəsində əldə edildi.Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva, Ağcabədi rayon gənclər və idman idarəsinin rəis müavini Eldəniz Qənbərov, gənc YAP fəalı Əliş Həsənli, Ağcabədi rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri üzrə və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Vüsalə Məmmədova çıxış edərək mövzu ilə əlaqədar öz fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.

sia.az

Digər xəbərlər