Siyasət

  • 4 825

AKP-nin hakimiyyətdə olması, türk dünyasının maraqlarına cavab verir - AÇIQLAMA ÖZƏL

image

“Türkiyənin regional müstəvidə təsirinin artması, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada strateji cəhətdən möhkəmlənməsi, Rusiyanı ciddi narahat edir. Qeyd edim ki, 2023-cü ildən başlayaraq Türkiyənin beynəlxalq münasibətlər sisteminə təsir edən bir ölkə olacağı gözlənilir. AKP-nin hazırkı siyasi kursu buna hesablanıb və Böyük Britaniya ilə birgə yeni siyasi nizamda yer alacaq. Qeyd edim ki, 2016-ci il hərbi çevrilişi məhz Türkiyəni bu hədəflərinin qarşısının alınmasına hesablanmışdı. Bu hərbi çevriliş cəhdinin uğursuz olması, heç də anti-Türkiyə qüvvələrinin geri çəkilməsinə gətirib çıxarmadı. Hazırda Türkiyə hakimiyyətinin devrilməsində Qərbdə və Rusiyada maraqlı tərəfdir. 2016-ci il çevrilişində Rusiya və Qərb ayrı-ayrı cəbhədə olsa da, hazırda isə, Moskvada Türkiyə hakimiyyətinin daxili böhrana yuvarlanmasında maraqlı tərəfdir. Rusiya artıq Türkiyənin Şərqə baxışını geosiyasi maraqlarına təhlükə hesab edir. Məhz 103 təqaüddə olan admiralın və sabiq millət vəkillərinin Montre anlaşması və konstitusiya ilə bağlı bəyanat verməsi, birbaşa hakimiyyəti təhdid etmək və narazı bir elektorad formalşadırmaqdır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Ekspertin sözlərinə görə, ötən əsrdə boğazlarla bağlı Montre anlaşması və konstitusiya Türkiyənin hədəflərinə doğru addımlanmasında bir əngəldir: “Bu da Qərb ölkələrini və Rusiyanı ciddi narahat edir. Tükriyə Montre anlaşmasını ləğv edəcəksə, boğazlarda tam üstünlük əlində olacaq. Həmçinin konstitusiyanın dəyişməsi, Türkiyəni gücləndirəcək. Ona görə də Türkiyə hakimiyyəti hədəf alınıb və məqsəd növbəti hərbi çevrlişə cəhddir. Bugünkü Türkiyə hakimiyyəti və başda prezident R.T.Ərdoğan olmaqla heç bir hakimiyyət Türkiyəni bu qədər inkişaf etdirə bilməzdi. Türk dünyasını bir araya gətirə bilməyəcəkdi. Bu istiqamətdə AKP ciddi strateji siyasət reallaşdırır. Türkiyə dərin dövlətlə idarə olunur və hazırkı hakimiyyət dərin dövlətin özüdür”.M. Əsədullazadə vurğulayıb ki, Türkiyə və hakimiyyətinin Azərbaycanın siyasi olaraq yanında olması Qarabağda zəfər çalmağımızın əsas faktorlarındandır: “AKP Türk xalqının milli və təhlükəsizlik maraqlarını həyata keçirdiyi üçün hədəfdədir. FETÖ-nün Türk ordusu daxilində dayaqlarının hələ də qalması təhlükənin qalmasını göstərir. CHP, İYİ partiya və hər hansı bir partiyanın hakimiyyətə gəlməsi Türkiyənin inkişafına zərbə vuracaq. Qeyd edim ki, İstanbulda CHP-nin qələbəsi deyil, bu qələbə İmamoğlunun özünün şəxsi qələbəsidir. 2023-cü il seçkilərində AKP növbəti dəfə hakimiyyətdə qalması mümkündür. Türkiyə ordusunda və siyasi sistemində növbəti təmizləmə əməliyatı keçirilib, xainlər zərərləşdiriləcək. Bu da prezident Ərdoğanın hakimiyyətini gücləndirəcək. 2023-dən sonra Türkiyə Montre anlaşmasını və hazırkı konstitusiyanı ləğv edəcək”.

sia.az

Digər xəbərlər