Siyasət

  • 3 255

"Ermənistanın məkrli siyasəti" MƏQALƏ

image

Ermənistanın məkrli siyasəti erməni saxtakarlığının tarixi çox qədimdir və bu gün də təəssüflər olsun ki, davam etməkdədir. Şəhərləri talan etmək, çarəsiz insanların qətlinə fərman vermək və ya şikəst etmək, haqsız olaraq öz yurdundan didərgin salmaq, qonşu xalqların mədəniyyət və nailiyyətlərini özükününküləşdirmək, öz adına bağlamaq hərisliyi, terrorçuluq, paxıllılıq və məkrlilik, bəşəri cinayət-soyqırım törətmək, bütün bunlar insanlıq adına ləkə gətirən ermənilərin real olaraq həyata keçirtdikləri tarixi faktlara əsaslanan çirkin addımlarıdır. Ermənistanın hərbi təcavüzü zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır.Misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan günahsız Xocalı sakinlərinə aman verməmiş, erməni silahlı birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı faciəsinə əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət vermək əvəzinə, 20-dən artıq Avropa ölkəsi ermənilərin illərlə təbliğat apardığı qondarma "erməni soyqırımı" məsələsini tanımışdır. Ermənilərin uydurma soyqırımı haqqında tarixi şəxsiyyətlərin gördükləri və yazdıqlarından:Professor Stanford Shavv (ABŞ tarixçisi): “Osmanlı tarixi və sözdə "erməni soyqırımı" sahəsində bir çox tədqiqatlar apardım. Ortaya çıxardığım gerçək bu iddiaların əsilsiz olduğunu göstərdi. 1977-ci ildə doğruları söylədiyim üçün ermənilər evimi yandırdılar. Əsası olmayan heç bir bilgini mən qəbul etmədim. Tarix də qəbul etməz".Professor Justin McCarthy (ABŞ tarixçisi): “Erməni tarixinin böyük bir hissəsi sonradan uyduruldu. 1915-ci ildə Osmanlıda fəaliyyətdə olan fransız, ingilis diplomatlar Osmanlının bu məsələdə suçlu olmadığını bildikləri halda heç dilə gətirmədilər. Gerçəklərin çoxu onların gündəliklərində qaldı. Gerçəyi görüb söyləməyən adam gerçək düşməndir…Gerçək tarixi bilən kimsə soyqırımdan söz edə bilməz".Profes Dr. Norman Stone (ABŞ tarixçisi): “1915-ci ildə soyqırım olmadı! Ermənilər bəzi sənədlər hazırladılar. Ancaq sənədlərin düzəldilmiş olduqları çox açıq-aşkar. Tarixlər və imzalarda bəsit düzəlişlər edilmişdir. Bu da soyqırım iddialarının yalan olduğun göstərir.” Azərbaycanın haqlı olaraq qazandığı tarixi qələbəni həzm etməyən ermənilər öz mənfur hərəkətlərindən əl çəkməmiş, özlərinin “soyqırımı” mifini dünyaya bəyan etmişlər. Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti Co Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Rəsmi İrəvanın məkrli siyasəti hələ də dünyada yayılmaqdadır. Bu cür addımların arxasında Ermənistana təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.Bu isə növbəti çirkin addım, saxta bəyanatdır. Qardaş Türkiyəyə dəstək naminə Azərbaycanda növbəti dəfə siyasi həmrəylik nümunəsi yaşandı. Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq, hər zaman qardaş Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan etmişlər. Siyasi partiyaların sözügedən bəyanatı “İki dövlət bir millət” prinsipinin təcəssümüdür!. Bu həmrəylik davam edəcək, öz aktuallığını daim qoruyub saxlayacaqdır!

Vəfa Məmmədova
H.Z.Tağıyev adına 123 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

sia.az

Digər xəbərlər