Siyasət

  • 3 453

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid və qazi ailələrini ziyarət ediblər

image

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid və qazi ailələrini ziyarət etmiş, ailələrə sovqat aparmış və onların qayğıları ilə maraqlanıblar.“Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyası çərçivəsində YAP Şəmkir rayon təşkilatı tərəfindən görülən işlər və Şəhid, qazi ailələrinin daim xüsusi diqqətdə saxlanılması haqqında danışan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, YAP üzvləri, partiya fəalları, gənclər Şəmkir rayonu ərazisində yaşayan Şəhid ailələrini, qazilərimizi mütəmadi ziyarət edir, onların gündəlik qayğıları ilə maraqlanır, ailələr tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində öz səlahiyyətləri çərçivəsində müvafiq işlər görürlər.Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Şanlı qəhrəmanlıq dastanı yazdığını vurğulayan F.Vəliyev qeyd edib ki, İlham Əliyevin “dəmir yumruğu” tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını düşmən tapdağından təmizlədi və müstəqil dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın müasir müstəqillik tarixində Qarabağın işğaldan azad olunmasından sonra tamamilə yeni inkişaf dövrü başlayıb. İşğaldan azad olunmuş və mənfur düşmən tərəfindən viran qoyulmuş ərazilərdə sürətli və kompleks bərpa, quruculuq işləri aparılır, əsas infrastruktur təmin olunur, yollar, ağıllı kəndlər salınır. Tez bir zamanda keçmiş qaçqın və köçkünlər öz dədə-baba yurdlarına qayıdacaqlar, və o bölgələrin iqtisadi potensialı, yeraltı, yerüstü sərvətləri Azərbaycan iqtisadiyyatına qovuşacaq.Ziyarətlər zamanı şəhid və qazi ailələri cənab Prezidentin, çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan doğma münasibətlərinin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu vurğulayıblar. Göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatına öz minnətdarlıqlarını bildiriblər.

sia.az

Digər xəbərlər