Siyasət

  • 2 655

Məşhur Məmmədov: “Jurnalistlərimizin mina partlaması nəticəsində həlak olması erməni vandalizminin növbəti təxribatıdır”

image

“Kəlbəcərdə mina partlaması nəticəsində iki jurnalistin və bir vəzifəli şəxsin şəhid olması bir daha onu göstərir ki, ermənilər Azərbaycan dövlətinə və xalqına qarşı tarixən terror aktları törədib və bu gün də öz əməllərini davam etdirirlər. Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub. Ermənistan siyasi və hərbi rəhbərliyinin vaxtilə işğal altında saxladıqları bu ərazilərə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələri, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir”. Bu fikri SİA-ya açıqlamasında Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.“Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə erməni işğalından azad olunmuş ərazilərin tamamilə yenidən qurulması və yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan köçkünlərin geri qaytarılmasıdır”,-deyən M.Məmmədov bildirib ki, bunun üçün, ilk növbədə, onların təhlükəsizliyi təmin olunmalıdır: “Xəritələrin verilməməsi eyni zamanda, bölgədə iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası, onların blokadadan çıxarılması prosesini də ləngidir. Bu səbəblərlə Ermənistan tərəfinə ciddi təzyiq olunmalıdır”.Millət vəkili onu da qeyd edib ki, Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdi ki, mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir: “Dövlət başçısı qeyd edib ki, yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib”.M.Məmmədov dövlət başçısının müsahibə zamanı onu da bildirmişdir ki, burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir: “Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək”. “Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir. Beynəlxalq təşkilatlar bütün bu cinayətləri görür və təəssüf ki, üstündən sükutla keçir”,-deyən M.Məmmədov Ermənistan minalanmış ərazilərin xəritələrini təhvil verməli, regional vəziyyəti gərginləşdirməyi dayandırmalıdır.Millət vəkili M.Məmmədov onu da vurğulayıb ki, bu gün təəssüf doğuran odur ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi qüvvələr hər hansı məqamdan məqsədli şəkildə istifadə etməklə çaşqınlıq yaratmaq istəyirlər: “Ancaq bu araqarışdıranlar bunu anlamırlar ki, xalq nə 90-cı illərin təfəkkürü ilə düşünən xalq deyil, artıq bu gün xalqımız son 18 il ərzində hər şeyin şahidi oldu. Xalqımız 27 sentyabrda başlanan İkinci Vətən Müharibəsinin Ali Baş Komandan Prezident İlham Əliyev cənablarının “Dəmir yumruq” siyasəti ilə 30 il düşmən təcavüzünə məhkum olan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu, Ermənistan kapitulyasiya oldu. Bu gün bir yumruq olub xalqımızı, dövlətimizi qorumalıyıq. Düşmənə qarşı birlikdə mübarizə aparmaq lazımdır”.M.Məmmədov bir daha vurğulayıb ki, bu xəritələrin Azərbaycana verilməsi üçün Ermənistan tərəfinə ciddi təzyiqlər göstərilməlidir: “Aparıcı Qərb dövlətləri, beynəxalq hümanitar və insan hüquqları təşkilatları bu məsələyə diqqət yetirməlidirlər. Bu gün beynəlxalq təşkilatların susduğunu görürük. Ermənistanın bu cinayətlərə görə cəzalandırılmasında bütün bəşəriyyət – beynəlxalq təşkilatlar, aparıcı dövlətlər maraqlı olmalı, bu yöndə əməli addımlar atmalıdır. Beynəlxalq təşkilatların Ermənistanın mina terroru qarşısında susqunluq sərgiləməsi, bu qanlı aksiyaları görməzdən gəlməsi məntiq etibarilə həmin cinayətlərə haqq qazandırmaq, bu cinayətlərə ortaq olmaq demək olacaq. Yalnız qardaş Türkiyə bütün məsələlərdə olduğu kimi azad olunmuş ərazilərdə minaların təmizlənməsi məsələsində də Azərbaycana Azərbaycana dəstək verir aə bu gün Türkiyənin minatəmizləmə qrupları da işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edirlər. Ümid edirik ki, beynəlxalq təşkilatlar heç olmasa bundan sonra bu məsələdəki hüquqi və mənəvi məsuliyyət payını dərk edəcək, mina terrorunu davam etdirən, beynəlxalq hüquqa, təməl insan haqlarına meydan oxuyan Ermənistana təzyiq göstərməklə, onun terror fəaliyyətinin qarşısını almaq üçün əməli addımlar atacaq”.

sia.az

Digər xəbərlər