Siyasət

  • 2 452

YAP Qaradağ rayon təşkilatı RİH-lə birgə Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 15 İyun Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb.

S.Mikaylov bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb: “Çünki 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra daxili vəziyəti gərginləşmiş, ölkədə hakimiyyət boşluğu yaranmış, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev xalqın təkidli tələbini qəbul etdi, iyunun 9-da Bakıya gəldi. İyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.

S.Mikayılov onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratdı və beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı:“Azərbaycanda nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Onun fəaliyyəti və şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil etmişdir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi irsi onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir”.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib ki, 1993-cü ilin əvvəllərində cərəyan edən hadisələr fonunda ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi: “Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bununla da 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi yazıldı”. Aydın Hüseynov deyib ki, bu gün Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövləti yüksək inkişaf göstəriciləri əldə edib. Onun sözlərinə görə, əsası Ulu öndər tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində müstəqil Azərbaycan dövləti dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Tarixi zəfərdən sonra ölkəmizin beynəlxaql müstəvidə mövqeləri daha da güclənib.

Tədbirdə çıxış edən millət vəkili Səbinə Xasayeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və digərləri 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixindəki mühüm rolunu qeyd ediblər.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər