Siyasət

  • 1 337

Dağıdıcı müxalifətin növbəti xalq “yanğısı” ŞƏRH

image

Əli Kərimli anti-dövlətçilik çıxışlarına görə...

Kifayət qədər faktlara əsaslanan amillərdən biri də budur ki, birillik AXC-Müsavat hakimiyyətinin bəzi təmsilçiləri istər iqtidarda olduqları dövrdə, istərsə də müxalifətdə olduqları zaman yalnız anti-milli, dağıdıcı mövqe tutaraq, Azərbaycan dövlətçiliyini, onun uğurlarını, müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstəriblər. Bu sıralamada isə ilk yeri tutanlardan biri və birincisi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlidir. O da sirr deyil ki, müxalifətçi partiya sədri adı altında maskalanan Kərimli və onun yandaşları, ümumiyyətlə, yaxın ətrafı qarşısında dayanan əsas məqsəd dövlətimizin strateji hədəflərinin sabotaj olunması, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzuna xələl gətirməsidir. Bu baxımdan, biz çoxsaylı sübutlar gətirməklə nəticəyə gələ bilərik ki, Əli Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Artıq bu, bir aksiomaya çevrilib.Sadə bir fakta əsaslanaq – istər Aprel ayının ilk dörd günündə, istərsə də 44 günlük müharibənin 30 illik torpaq, yurd həsrətinə son qoyması Əli Kərimli və onun yaxın ətrafı daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürməyə başlayıb. Əsas məqsəd ictimai rəyi yanlış istiqamətə yönəltmək, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmaq və bununla da dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini heçə endirməkdir.Ancaq özünün siyasi fəaliyyətini büsbütün sosial şəbəkələr üzərində quran satqın və əxlaqsız AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Sevinc Osmanqızı və bu kimi zatıqırıqlar Azərbaycanın ildırım sürəti ilə, bəli, ildırım sürəti ilə əsrlər boyu görünməyən Qələbə, inkişaf, özü də ildırım sürəti ilə uğurlarımızı görüb daxilləri iylənə-iylənə qalaraq sosial şəbəkələrdə çirkin əməllər sahibi olduqlarını xalqı mitinqə çağırışları edirlər. Həyasızlıq bu qədər? Hansı xalqı mitinqlərə çağırırsınız? Bu, o Azərbaycan xalqıdır ki, ölkənin Ali Baş Komandanı bir dəfə çağırış etməklə bütün xalq, bütün türk dünyası müsəlləh əsgər kimi ayağa qaxdı. Bu, o Azərbaycan xalqıdır ki, əsrlər boyu olmayan Qələbə Zəfərinə nail oldu. Bu, o çağırış idi ki, 30 illik dədə-baba torpaqlarını həmin «canavar əsgərlərimiz» mənfur donuz iyi verən, faşist xislətli işğalçı Ermənistan əsgərlərini papaqsız, şalvarsız iti qovan kimi qovaraq 44 gün ərzində azad etdi. Ancaq elə sosial şəbəkələrdə hay-küy salmaq özünüzə qalır. Və bu gün uğurlu iqtisadi addımlar atıldıqda...
Əli Kərimli kimilərin xalq “yanğısı”...
Baxın, əgər yadınızdadırsa, manatın dollara nisbətdə ucuzlaşmasında öz xeyri üçün istifadə etməyə cəhd göstərən Ə.Kərimli burada süni ajiotaj yaratmaq məqsədini əsas olaraq hədəf götürdü. Ancaq Azərbaycan xalqı, yaxşı bilir ki, Ə.Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İsgəndərli... kimi fərdlərin əsl niyyəti nədir. Məqsəd öz murdar istəklərini – ölkədə sosial vəziyyəti pozmaq, “bəlkə qaytardılar” xəyallarını gerçəkləşdirmək. Ancaq anlamırlar ki, onların qatarı çoxdan gedib, xalq onları çoxdan tarixin zibilliyinə atıb, üstündən də bir təpik vurub ki, bəsdir!!! Batsın səsiniz!!! Ancaq «qozbeli qəbir düzəltsə» də, görünür, bu xəyanətkar, satqın və əxlaqsızları heç qəbir də düzəltməyəcək. Çünki beli əyri doğulublar, əyri də qalacaqlar. İndi də qaz və işığın qiymətinin nəyə görə artmasını belə anlamayaraq AXCP sədri Əli Kərimli sosial şəbəkələrdən xalqı mitinqə çağırır: “İnsanlarımız bilməlidir ki, bu bahalaşmanı ancaq mitinqə çıxmaqla həll edə bilərik. Hiss etsək ki, Azərbaycan cəmiyyəti kütləvi etirazlara çıxır, təşkil edəcəyik”.
Ə.Kərimli nəyi həll edəcək? Ataların bir sözü var: “Keçəl çarə bilsə, öz başına əlac edər”
Sual olunur: kimin əlinə oynayırsan, Ə.Kərimli? Bir də, haqq nazilər, amma üzülməz. Bu fikri deməyə haqqım var. Çünki 28 ildən bəri erməni yalı ilə yemlənən sən Ə.Kərimli cinayətkarı, Vətən xainin adını «siyasi məhbus» qoyaraq, cinayətkarın müdafiəsinə qalxırsan. Məqsəd xarici qüvvələrə nökərçilik etməklə qrantlar qoparmaqdır. Ancaq belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxanın gözlərinə qan damar, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri isə tarix heç vaxt bağışlamır.
Tural Abbaslı: "Qiymət artımı siyasi konyuktura xarakteri daşımır"
"Müxalifət yenə də öz çirkin əməllərindən əl çəkmir". Sərnişindaşımada tariflərin artırılması ilə bağlı müxalifət düşərgəsində olanların arqumentlərinə münasibət bildirən "AG" Partiyanın lideri Tural Abbaslı bildirib ki, hər bir qiymət artımı istənilən normal siyasi mühitə malik olan dövlətlərdə müxalifət üçün bir bəhanədir və müxalifət həmişəki mərəzindədir: "Ölkədə baş verən ictimai-siyasi hadisələrə müxalifət liderləri, ən yaxşı halda, sosial şəbəkələrdə anormal statuslar yazmaq, mənasız bəyanatlar verməklə kifayətlənirlər. Bu statusların da əsasını müxalifət liderlər tərəfindən xalqın qınanılması dayanır. Bildirilir ki, mitinqlərə xalq gəlmir. Qaldı ki, Tarif Şurasının çıxardığı qərarı müxalifəti "ayıltdı". Yenə də həqiqətə uyğun olmayan məlumatlar verməklə, ölkədə təxribata yol açmaq, bununla da diqqəti özlərinə cəlb etməyə çalışırlar. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanda sərnişindaşıma qiymətləri əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır. Həmişə olduğu kimi, hökumət qiymət artımı ilə bağlı aşağı təbəqənin maraqlarını nəzərə alır. Qiymət artımlarına müvafiq olaraq, əhalinin də sosial gəlirlərinin artırılması istiqamətində müvafiq qərarlar qəbul edilir. Bu isə, bir daha sübut edir ki, Azərbaycan hökumətini düzgün iqtisadi siyasət yürütməməkdə ittihamlayan müxalifətin irəli sürdüyü bütün arqumentlər əsassızdır”.Dağıdıcı müxalifət anlamalıdır ki, Azərbaycanda qiymət artımı siyasi konyuktura xarakteri daşımır və sırf iqtisadi maraqlar nəzərə alınaraq, belə qərar qəbul edilib. Ölkə müxalifətinin vəziyyətdən sui-istifadə edərək əhalinin narazı, aztəminatlı təbəqəsini öz tərəfinə çəkməyə çalışması isə heç cür mümkün deyil. Çünki insanlar müxalifəti qətiyyətlə rədd edir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər