Siyasət

  • 1 582

“SOROS”-a satılan müxalifət ifşa olunur ŞƏRH

image

“SOROS”-a satılan Əli Kərimlinin sosial şəbəkələrdə xalqı mitinqlərə çağırması heç də təəccüb doğurmur. Çünki xalqımız 44 günlük Vətən müharibəsi zamanı 30 il torpaq həsrətinə son qoyaraq qələbə zəfəri qazandı və bu gün həmin qələbəmizin ildönümünü yaşayırıq. Bu qələbədən qotur dana kimi qaşıınmaya düşən “SOROS”-a satılmışlar sosial şəbəkələrdən mitinq çağırışı ilə xalqı “həmrəyliyə” çağırırlar. Ancaq anlamırlar ki, xalq AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri müdətində torpaqlarımızı sataraq xalqımıza qondarma problem yaratdılar. Və bu 28 il ərzində qrant almaq düşüncəsi ilə SOROS-a satılmış bu naqislər hər şeylərini satdılar. Və bu gün bu satqınlar tarixin zibilliyin içərisində yalnız üfunət qoxmaqla, insanları zəhərləməklə məşğuldurlar. Bugünlərdə "Osmanqızı TV"-də "Vətən savaşı başlayarkən biz birlik nümayiş etdirdik",- deyə çıxış edən bu yalançı, satqın, mənəviyyatsız Əli Kərimli kimilər nə qədər iyrənc görünür. “SOROS”-a satılmış erməniyə nökərçilik edən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İskəndərli kimi erməni üfunəti verən bu viruslar hansı birlikdən danışırlar? Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatları zamanı siyasi partiyalar birgə bəyanat qəbul edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini bildirərkən, bu həmrəylikdən kənarda qalan Əli Kərimli və onun ətrafında olan bu gün yenə də sosial şəbəkələrdə dövlətə, hakimiyyətə qarşı yalan, böhtan deməklə, əldə olunmuş qələbəni kiçiltməyə, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar.

Bu “həmrəyliyi” Əli Kərimli və onun ətrafında olan erməni lobbisinin "təbliğatçıları" bu yolla haraya qədər gedəcəklər?
Yeri gəlmişkən, ermənipərəst Sevinc Osmanqızının internet televiziyasına açıqlamasında Əli Kərimli iddia edib ki, guya “Milli Şura” və AXCP Vətən müharibəsi dövründə “həmrəylik” nümayiş etdirib. Görəsən, bu həmrəyliyi Əli Kərimli və onun ətrafında olan erməni lobbisinin "təbliğatçıları" bu yolla haraya qədər gedəcəklər? Ancaq xalq hər şeyi yaxşı bilir və görür ki, müharibənin əvvəlində Azərbaycanın qələbəsinə inanmayan, xidmət etdiyi ermənipərəst dairələrin sifarişi ilə davranan Əli Kərimlinin 10 noyabr zəfərindən sonra bütün arzuları puç olub və bundan sonra da uğursuz cəhdləri fiaskoya məhkumdur. Və belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır. Bu ünsürlər unutmamalıdır ki, Azərbaycan xalqının milli birliyi, Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində azad edilən bu torpaqlar bir vaxtlar məhz onların hakimiyyət oyunlarının qurbanına çevrilmişdi.
Çünki bu satqınlar “mübarizələrini” də, “həmrəyliklərini” də yalnız qara piar kampaniyalarının əsasında qurur, yalan rəqəmlər yazmaqla divident qazanmağa çalışaraq çəkinmədən xalqın adından danışırlar. Öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq "planı" üzərində quran isa qəmbərlər, əli kərimlilər və onların ətrafı bir anlıq geriyə çevrilib öz ətraflarına diqqət salsalar, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Dağıdıcı müxalifət rəhbərləri yaxşı bilir ki, xalq onların üstlərindən artıq 1993-cü ildən yekə bir qara xətt çəkərək arxivə atıb. Əli Kərimli "Azadlıq" qəzetində ötənləri unutsa da biz ona o "tarixi anları" bir daha xatırlatmaq istərdik. Çünki bu ölkəyə "əxlaq dərsi" keçməyə çalışan, siyasi əxlaqdan dəm vuran Əli Kərimli mətbu "ruporu" Azər Əhmədovun sosial şəbəkələrdə yayımlanan videokadrlarını, görəsən, düşərgə təmsilçiləri necə unutmayıb ki? Sözsüz ki, bu arada Ruslan Bəşirlini də yaddan çıxarmaq olmaz. Düşmənlərlə iyrənc danışıq aparan, düşmən pulu ilə həyat qurmağa çalışan R.Bəşirlinin erməni casusları ilə "konyak içib şokolad yeməsindən" və güman ki, pul bölüşdürməsindən də xəbərsiz olmazdı "lideri". Belə olan halda, hansı «həmrəylik»dən danışmaq olar?
Əli Kərimlinin əsassız “don kixotluğu” haraya kimi...
“Sapı özümüzdən olan balta”lardan istifadə edən erməniyə “dayı” deyən, “SOROS”-un qoltuğuna sığınan, Paşinyan sifətli bu vicdanı olmayan ermənipərəst qüvvələrin çirkli pulları və anti-Azərbaycan qüvvələrin tula payı alan bu mənfurlara Azərbaycanın o çörəyi haram olsun! Əli Kərimli kimilər bilməlidir ki, bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Bu gün sorosun tör-töküntüləri, çör-çöpləri isə əli kərimlilər, əli əliyevlər, cəmillər, sevinclər, qənimətlər kimi ünsürlər xalq tərəfində tarixin zibil yeşiyinə atılanların tarix və zaman tələbi ilə xalqımızın və dövlətimizin mənafeyi, müqəddəs amallarımız, müqəddəs qanunlarımız qarşısında cavab vermələri zamanıdır.
Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər