Siyasət

  • 1 070

Siyasi nüfuza malik olan Özbəkistan səfəri

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində dəvət olunması Ölkə başçımızın yüksək siyasi nüfuzundan irəli gələn amillərdən biridir.

Prezident İlham Əliyevin Səmərqənd sammitində iştirakının dövlət siyasəti baxımından əhəmiyyətini dərk etmək elə də çətin deyildir. Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin dünya iqtisadiyyatında payı Qərb ölkələrinin toplam payına yüksək templə yaxınlaşır.
Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara: Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə və xeyli sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyi möhkəmlənərək, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə etməsi ölkəmizin bütün sahələrdə uğurlarının təcəssümüdür. Respublikamızın sürətli sosial-iqtisadi inkişafı onun xarici əlaqələrinin daha da genişlənməsinə və yeni sahələri əhatə etməsinə səbəb olmuşdur.
Azərbaycanın inkişafı onun siyasi, iqtisadi cəhətdən nəinki regional, həm də qlobal mərkəzə çevirmişdir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini özünə yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülməsi nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına, Azərbaycanın enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaşı kimi beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb.
Qeyd etmək lazımdır ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan məhz regionda gərginliyin yaradılması üçün istifadə edilib. Obyektiv siyasi həqiqət ondan ibarətdir ki, Ermənistana dəstək göstərən və təxribatlara rəvac verən ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Baş vermiş təxribatlar tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi inkişafının artmasının qarşısını almağa yönəlib. Sonuncu hərbi təxribatlar Ermənistan rəhbərliyinin ikiüzlü siyasət yetirdiyini bir daha sübut etdirdi.
Bu isə o deməkdir ki, regionda sabitliyi bərqərar olması üçün hələ də həlli gözləyən məqamlar var. Prezident İlham Əliyevin Özbəkistan səfəri, ŞƏT-in zirvə toplantısında çıxışı və təşkilatın aparıcı ölkələrinin liderləri ilə görüşü böyük siyasi mahiyyət kəsb edən, gələcək iqtisadi yüksəlişə yol açan bir səfərdir.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər