Sosial

  • 3 735

Yarım-ştat iş rejimi tələbələr üçün necə olmalıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

image

Bildiyimiz kimi, artıq ali təhsil müəssisələri fəaliyyətə başlayıb. Bu səbəbdən də bir çox tələbələrin yarım-ştat işlərə ehtiyacı var. Bəs, qanunvericiliklə yarım-ştat iş rejimi tələbələr üçün necə olmalıdır? SİA mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədovun fikirlərini öyrənib. Sahib Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə işəgötürən tərəfindən təhsil alan tələbələrə imtahan sessiyası və diplom müdafiəsi dövründə məzuniyyət verilməsi yalnız qiyabi təhsil alan tələbələrə aiddir: "Əyani təhsil alanlar üçün hər hansı bir məzuniyyət nəzərdə tutulmur. Amma tələbələr dərsdən kənar vaxtda haradasa çalışa bilərlər. Bununla bağlı bir məhdudiyyət yoxdur. Bu zaman tədris müəssisəsi hər hansı bir öhdəlik daşımır və məzuniyyət vermək kimi vəzifəsi yoxdur. Bu yalnız qiyabi tələbələrə aiddir. Amma praktikada var ki, günün birinci yarısı tələbələr təhsil alır, günün ikinci hissəsində, yaxud gecə növbəsində əyani təhsil alan tələbələr işləyirlər. Bunun tədris müəssisəsinə aidiyyatı yoxdur".

Ayşən Vəli

Digər xəbərlər