Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir. SİA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir: "Əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir. Bundan başqa, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq keçən il 23 mindən çox, 2022-ci ildəkilərə görə isə 9 minə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub".
Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...
Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?
Müəyyən hallarda, “Morpheus krallığına düşməyin” mümkünsüzlüyü mütəxəssis qiymətləndirməsini tələb edir...