Fevralın 6-da ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya müxbirinə bildirilib ki, STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini seçən 5 namizəd iştirak edib.Müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunmuş komissiya üzvləri və müstəqil ekspert qismində Naxçıvan Dövlət Universitetinin, həmçinin onlayn qaydada Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşları tərəfindən namizədlərin vəzifə üzrə bilikləri, idarəetmə bacarıqları, şəxsi keyfiyyətləri 5 ballıq şkala ilə qiymətləndirilib.Hər meyar üzrə 3 bal toplamış namizəd bu mərhələni keçmiş sayılıb. Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat yaxın günlərdə nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.Qeyd edək ki, müsabiqənin test və esse mərhələsi ölkə üzrə mərkəzləşmiş qaydada Elm və Təhsil Nazirliyinin, həmçinin Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilib.
...bir misirli böyük bir ailəni necə idarə edir
...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...
Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...
Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...
Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?
Müəyyən hallarda, “Morpheus krallığına düşməyin” mümkünsüzlüyü mütəxəssis qiymətləndirməsini tələb edir...