Kimin ifasından asılı olmayaraq rəqsi elə etməliyik ki, onun milli-mənəvi çalarlarına xələl gəlməsin. Çünki rəqslər bizim mədəni tariximiz, əsrlər boyu yaşatdığımız dəyərimizdir.
Bu gün Beynəlxalq Rəqs Günüdür. Elə bu yazını yazmaq qərarına da bu əlamətdar gün münasibətilə gəldim. Dedim, əziz oxucular, rəqslərimizdən, onları müsir dövrdə necə ifa etməyimizdən, süni intellektlə hazırladığımız rəqslərin keyfiyyətindən bir qəsər danışaq, görək, harada səhvik, harada düz.
Rəqs dünyanın harasında ifa olunmasından asılı olmayaraq mənsub olduğu xalqı təmsil edir. Odur ki, bu məsələdə çox diqqətli, məsuliyyətli olmalıyıq.
Bu gün istər milli rəqslərimiz, istər toy mərasimlərindəki rəqslərimiz olsun, böyük məsuliyyət tələb edir. Ona görə ki, biz onları uşaq, yeniyetmə-gənclərə təqdim edirik, onlar bizdən öyrənir, rəqsin nə demək olduğunu gördükləri formada dərk edir, yaddaşlarına yazırlar.
Bəs son illər müxtəlif rəqs kurslarında qızlara oğlan, oğlanlara qız kimi rəqs etməti öyrədən “müəllimlər” necə, bu barədə düşünürlər? Bu uşaqların valideynləri heç bircə dəfə düşünür ki, bizim uşaqlar nəyi öyrənir?
Sosial şəbəkələrdə belə rəqslərlə tez-tez qarşılaşmamış deyilsiniz. Qızlar oğlan kimi rəqs edir. Onlar rəqs zamanı ayaqlarını qarın nahiyyəsinə qədər qaldırır, sürətli şəkildə atılıb-düşürlər. Oğlanlar isə qadın kimi-xanım-xatın rəqs edir. Çox təəssüf ki, bu uşaqların toy mərasimlərində yüzlərlə sərxoş insanın qarşısında rəqs etməsini də müşahidə edirik.
Sual olunur, uşaqları toy mərasimlərində rəqs etməyə kim vadar edir. Bu, əlbəttə onların valideynlərinin istəyi ilə həyata keçir. Onlar uşaqlarından gəlir mənbəyi kimi istifadə edirlər. Uşaqların gələcəyini düşünmür, həyatı başa düşdükləri zaman verəcəkləri “niyə” sualı barədə əsla fikirləşmirlər.
Azərbaycan xalqı zəngin mədəniyyətə malikdir. Bu mədəniyyətin qollarından birini milli rəqslərimiz, yallılar təşkil edir. Biz bu rəqsləri doğru şəkildə ifa etməklə, cəmiyyətə təqdim etməklə yaşada bilərik. Əks təqdirdə...
Süni intellekt vasitəsilə milli, həm də toy rəqslərinin ifası hazırlanır. Heç diqqət edən olubmu bu rəqslərə? Burada nəyin doğru, nəyin yanlış olduğu açıq şəkildə diqqət çəkir. Bu gün görməzdən gəldiyimiz, sadəcə səslənməsinə özümüz də qol qaldırıb oynadığımız rəqslərlə övladlarımıza nə veririk?
Süni intellektlə hazırlanan rəqslərə xüsusi diqqət ayrılmalıdır. Buradakı görüntülər məsuliyyət tələb edir. Ətrafdakı məişət görüntülərinin, milli geyimlərin düzgün seçilməsi, əlavələrin qəti şəkilədə edilməməsi lazımdır. Lakin təəssüf ki, milli rəqslərimizdə həm xalqımıza xas olmayan məişət görüntülərinin, həm də milli geyimlərə əlavələrin, rəqslərə məxsus olmayan əl-ayaq hərəkətlərinin şahidi oluruq. Bu da milli rəıqslərimizə sayğısızlıqdan başqa heç nə deyil.
Süni intellektlə hazırlanan toy rəqslərində qadın geyimləri, ümmumiyyətlə, ürəkaçan deyil. Geyimlərin həm arxada, həm qarşıda geniş dekolitələri heç də Azərbaycan mentalitetinə məxsus olmayan haldır. Bizim qadınlar bu qədər açıq-saçıq geyinmir. Bununla gənc nəslə nə aşılanır?
Toylardakı bayağı rəqsləri, diskoteka saatlarını- dünyanın müxtəlif xalqlarının mahnılarına uyğun rəqsləri demirəm. O xalqlar ki, əsla bizim bir mahnımızı bilmir, bilsə belə, rəqs etmir. Belə isə, biz nə üçün belə açıqqəlbliyik?
Kimliyindən asılı olmayaraq rəqslərimizə, xüsusilə uşaqalara öyrədilən, onlara təqdim olunan rəqslərə diqqətlə yanaşmalıdır. Süni intellektlə hazırlanan rəqslər isə bu günün ən aktual mövzusudr. O qədər həssas bir mövzudur ki, azacıq laqeyd yanaşsaq, sabah onun təqdim etdiyi rəqsləri övladlarımız Azərbaycan rəqsi kimi əxz edəcək. Bəs sonra?
Nə qədər gec deyil, qəflət yuxusundan oyanaq. Ya mən, ya sən, ya o, olsun, fərq etməz, hər birimiz rəqslərimizin düzgün ifası ilə yanaşı, onun hər bir elementinin yerində olmasına, nəyi aşıladığına, bizə mənsub olanları özündə necə ehtiva etməsinə diqqət ayıraq. Sonra gec olar!
Mətanət Məmmədova
Etanol neyrotoksin kimi təsir göstərir və zamanla sinir hüceyrələrini məhv edir. Lakin insanlar beyninin necə qocaldığını hiss etmirlər...
Asılılıq üzrə mütəxəssis bədənin yaşla alkoqolla daha az mübarizə aparmasının səbəbini izah edir...
Onlar hətta bir əsrdə belə canlılığı və sağlamlığı qorumağa kömək edən vərdişlərin siyahısını tərtib ediblər...