PDF Oxu

Sosial

  • 1 680

Tələbatlardan doğan emosinal bağlanma

image

“Bağlanma uşağın ilk dünyaya gəldiyi andan etibarən uşaqla ona baxan şəxs arasında formalaşır. Bu şəxs, adətən, ana olsa da bəzən ata, nənə, ya da uşağın dayəsi də ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirir. Uşağa baxan şəxs onun tələbatlarını nə qədər yaxşı ödəyərsə, bağlanma da bir o qədər sağlam olar. Tələbatlar dedikdə, ilk növbədə, yemək, təmizlik nəzərdə tutulur, amma duyğusal ehtiyacların ödənməsi də çox önəmlidir. Bağlanma nə qədər sağlam olarsa, şəxsi həyatdakı seçimlər də bir o qədər uğurlu olar.
“İnsanın bağlanma stilləri güvənli və güvənsiz olmaqla iki hissəyə ayrılır. Tələbatlar vaxtında və doğru ödənilmədiyi zaman güvənsiz bağlanma yaranır. Həmin şəxslər daim qayğılı və təşvişli olurlar. İstər dostluq, istərsə də şəxsi seçimlərində bir qədər uğursuzdurlar. Tərkedilmə qorxusu yaşayırlar. Uzaq məsafə münasibəti onlarlıq deyil. Ayrılığı isə qəbullanmaqda çətinlik çəkirlər. Güvənli bağlanmada isə, əksinə, tələbatlar vaxtında və doğru ödənilmişdir. Şəxs sevildiyinin fərqindədir. Onda həm dostluq, həm də sevgili seçimləri daha uğurlu, münasibətləri isə güvənli və anlayışlı olur”, - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.

Afət Tahirqızı

Digər xəbərlər

Müəllimlər, maaşların azlığından, zorakılıqdan şikayət etməyin və...

...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...

Tatarıstan özünün halal laboratoriyasını yaratmağa hazırlaşır

Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...

ABŞ kosmosda oyun qaydalarını dəyişir

Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...

Ölümdən sonra insanı nə gözləyir?

Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?

Yuxusuzluq ruhi sağlamlıqla necə əlaqəlidir?

Müəyyən hallarda, “Morpheus krallığına düşməyin” mümkünsüzlüyü mütəxəssis qiymətləndirməsini tələb edir...