PDF Oxu

Sosial

  • 528

İdman sağlamlığa aparan yolun başlanğıcıdır - FOTO

image

“İdman, sağlamlığı möhkəmləndirir, həmçinin həyatı nizamlayır. Araşdırmalara görə, idman stresin qarşısını aldığına görə onunla məşğul olanların əhvalı yüksək olur. Yaxşı əhval-ruhiyyədə olmaq isə çox böyük stimuldur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
Onun fikrincə, idman həm də tanışlıq üçün yaxşı vasitədir. Belə ki, əksər idman növləri qrup halında olur və bu da yeni çevrə qurmağa, yeni tanışlıqlar üçün zəmin yaradır. İdmanla məşğul olanların əhatəsində sərbəst olur, öz fikirlərinizi bölüşür və sağlamlıq haqqında informasiyalar əldə edirsiniz. İdman - yaşlanma əleyhinə də əlverişli vasitədir. İdmanla təkcə gözəl bədən quruluşu formalaşdırmır. Düzgün yerinə yetirilən hər bir fiziki hərəkət orqanizmə yaşlanma əleyhinə təsir göstərir - hüceyrə membranlarının təzələnməsinə stimul verir, maddələr mübadiləsini normallaşdırır bə bu da orqanizmin immun sistemini daim saz vəziyyətdə saxlanmasına xidmət edir.

G.Quliyevin qey etdiyinə görə, idman təkcə fiziki inkişafa səbəb olmur, o, həm də beyin fəaliyyətini nizamlayır. Kopenhagen universitetinin mütəxəssislərinin araşdırmasına görə, əzələlərin daimi məşq etdirilməsi beynin yaxşılaşmasına zəmin yaradır.
“İdman öz üzərində çalışmaqdır. Siz artıq idman zalına üzv olmusunuz, ya da sadəcə evdə özünüz üçün idmanla məşğul olmaqdan ötrü hər bir vasitəniz var (yeni idman kostyumu, xüsusi şarlar, qantellər, iplər və s.), amma yenə də başlamağa ərinirsiniz… Bu zaman psixoloji olaraq öz üzərinizdə işləyib bütün mənfi fikirləri bir kənara qoyun, fikrinizi «Məndə hər şey yaxşı alınacaq!» düşüncəsinə cəmləyin. İdmandan sonra özünüz-özünüzü mükafatlandıra bilərsiniz, sevimli bir içkini (çay, kofe, süd və s.) içmək, rəfiqələrlə görüşüb idmanın təsiri barədə fikirlərinizi bölüşmək kimi ideyalar haqqında düşünə bilərsiniz. İdman — sağlam qidalanmaya gedən yoldur. Əldə etdiyiniz nəticələr sizin üçün çox vacib olduğundan tədricən qazlı içkilər, şirni, fast-food qidalar sizin yemək rejiminizdən çıxacaq”, - deyə Gülbaba Quliyev fikrini tamamlayıb.

Afət Tahirqızı

Digər xəbərlər