Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
SİA-nın məlumatına görə, bu barədə məsələ “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.Qanun layihəsində qeyd olunur ki, 2021-ci il oktyabnn 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azarbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.
sia.az