Cəmiyyət

  • 425

Ziyalılar sosial şəbəkələrdən bu səbəblərə görə qaçır - ŞƏRH EDİLDİ

image

“Sosial şəbəkə həyatımızın bir parçasıdır. Biz həyatımızı sosial şəbəkələrsiz təsəvvür edə bilmirik. Artıq elə bir vəziyyət yaranıb ki, ailədə ata oğulla, ana qızla sosial şəbəkələr vasitəsilə ünsiyyət qurur. Bu baxımdan, sosial şəbəkələrdəki problemlərdən çıxış yolu tapmaq, problemlərin kökünə enmək hər birimizi narahat edir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda sosial şəbəkələr ucuzlaşaraq dəyərini itirib: “Mən bunu məsuliyyətlə deyirəm. Hətta bəzi ziyalılar, tanınmış mövqeyi olanlar bu günləri sosial şəbəkədən qaçmağa və məsafə saxlamağa çalışırlar. Sırf bu cür yersiz paylaşımlar buna səbəbdir”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Sosial şəbəkə kütləvi bir platformadır. Bu, elə onun adından bəllidir. Artıq biz burada peşəkarlıq tələb edə bilmərik. Çünki buradakı insanın biri jurnalist, biri müəllim, biri həkimdir və hətta eləsi var ki, düzgün yazı belə yaza bilmir”.

Ayşən Vəli

Digər xəbərlər