Sosial

  • 3 751

Faringit xəstəliyi daha çox kimlərdə yaranır? - HƏKİM DANIŞDI

image

“Faringit xalq arasında ən çox yayılan xəstəlikdir. Bəzən insanlar “boğazım ağrıyır, danışarkən quruyur, boğazıma sanki nəsə yapışıb, səsim batıb” kimi şikayətlər edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Fizioterapiya bölməsinin rəisi, tibb xidməti mayoru Şəhla Qafarova bildirib.

Onun sözlərinə görə, Pharynx - yunan dilindən götürülmüş, udlağın arxa divarının mukoza səthinin bakterial, viral v” ya fungal iltihabıdır: “Burunla yox ağızla nəfəs alarkən havanın isinmədən və burun selikli qişasının kirpikciklər tərəfindən filtrasiya olunmadan boğaza keçməsi və tozun, mikrob və virusların bir başa boğaza düşməsi ilə də yarana bilər.

Bu xəstəliyin əmələ gəlmə səbəbləri aşağıdakılardır:
1.Kəskin respirator xəstəliklər;
2.Adenovirus;
3.Qrip, soyuqdəymələr;
4.Ağız boşluğunun iltihabı xəstəlikləri;
5.Siqaret çəkmək və ya çəkilən yerdə olmaq (aktiv və passiv tütün qəbulu);
6.Uzun müddətli antibiotik qəbulu;
7.İşi ilə əlaqədar çox danışmalı olan insanlar;
8.Burunla yox, ağızla nəfəs almaq;
9.Avitaminoz, qeyri düzgün qidalanma, nəticəd immun sisteminin zəifləməsi;
10.Qastroezofaqal reflux;
11.Allergik rinit səbəb olar bilər.

Bəs Faringitin əlamətləri hansılardır?
1.Boğazda quruluq, qıcıqlanma;
2.Boğazda ağrı;
3.Quru öskürək, tez-tez boğazı təmizləmək üçün süni öskürək refleksi;
4.Səsin batması və ya kallaşması;
5.Udqunmada çətinlik və ya diskomfort;
6. Danışarkən ağrı;
7.Limfa düyünlərində şişkinlik; 8.Bəzən qulaq və burunda baş verən ağrılar;
9.Bədən hərarətinin artması;
10.Tez-tez stomatit yaranması;
11.Ağızdan gələn xoşagəlməz iy.

Yaranma səbəbi aradan qaldırılmaqla LOR həkimi və fizioterapevtlə birgə xəstəliyi aradan qaldırmaq mümkündür. Kəskin dövrdə (medikamentoz ) dərman müalicəsi, növbəti reabilitasiya dövründə və xroniki faringitdə isə fizioterapevtik müalicə üsullarından, o cümlədən ultrasəs inqalyasiya metodundan istifadə olunur.

Xroniki faringiti olan insanlara gün ərzində 1.5 -2 litr maye qəbul etmək, boğazı nəm saxlamaq məsləhət görülür.

Otaqda havanın nəmliyini (60 %) və temperaturunu (20-22⁰) nəzarətdə saxlamaq lazımdır.

Siqaretdən, alkaqoldan və kimyəvi maddələrin (temizləyici vasitələrin) buxarından da mütləq qorunmalıyıq.
Qaynar və soyuq içkilərdən, acı, turş və duzlu qidalardan imtina etmək məsləhət görülür. Sağlam yaşamaq hər kəsin haqqıdır”.

Digər xəbərlər