Sosial

  • 2 915

Şəhid Quluzadə Qurbanəlinin doğum günü qeyd edilib - FOTOLAR

image

25 iyun 2022-ci il tarixində Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Şəhid Quluzadə Qurbanəli Elşad oğlunun məzarı önündə doğum günü qeyd edilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Hərbi Səfərbərlik Xidmətinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Xəzər RİH başçısı Elşən Salahov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləyib, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Həmçinin qeyd edilib ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

Sonda Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Digər xəbərlər