Sosial

  • 2 310

Yaşasaydı Həsənin 21 yaşı tamam olacaqdı

image

25 İyun 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayonunun İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Bayramov Həsən Ağaisa oğlunun ailəsini ziyarət edərək şəhidimizin doğum gününü dərin hüznlə anıb.

Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Həsənin 21 yaşı tamam olacaqdı. Şəhid Bayramov Həsən Ağaisa oğlu 22 iyun 2001-ci il tarixində Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur.

Göyçay Peşə Liseyini bitirdikdən sonra həqiqi hərbi xidmətini 2019-cu il iyulun 3-də Goranboy rayonun N saylı hərbi hissəsində keçmişdir. 2020-ci il sentyabrın 27-si başlanan İkinci Qarabağ-Vətən Müharibəsinə yollanmış, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Oktyabrın 1-də Suqovuşanın azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Bayramov Həsən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Digər xəbərlər