Cəmiyyət

  • 871

Dərslərin başlaması ictimai nəqliyyata necə təsir etdi? - EKSPERT DETALLARI AÇIQLADI

image

“Ümumi olaraq Bakının ictimai nəqliyyat problemi var və dərslərin başlanması sadəcə bir gündür. Daha çox insanın məktəb önünə getməsi, ümumi olaraq uşaqların 1-ci sinifə yollanması və onların bir yox, bir neçə qohumunun bir neçə maşınla getməsi şəhər nəqliyyatına təsir edir, sıxlıqlar yaranır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib. Rauf Ağamirzəyev sözlərinə belə davam edib: “Bu il misal üçün 132 min şagird 1-ci sinifə gedib. Təsəvvür edin ki, bu şagirdlər neçə maşın müşayiəti ilə məktəbə yollanıb. Amma ümumi olaraq il ərzində şəhərin mobilliyini təmin etmək üçün ictimai nəqliyyatın fərqli növlərində olan vəziyyəti araşdırmaq gərəkdir. Biz son illərin fəsadı olaraq kütləvi avtomobilləşməni müşahidə edirik. Bu kütləvi avtomobilləşmənin də küçə yol şəbəkəsində daha çox səfərin məhz şəxsi nəqliyyat və taksiylə təşkilindən sonra daha da vəziyyət gərginləşib.Keçən ildən başlamış bir sıra işlər görülür, demotivasiya tədbirləri, yəni çəkindirən və stimullaşdıran alətlərdən istifadə edərək müəyyən səfərin qısa məsafədə alternativləri formalaşması yönündə qərarlar verilib. Bunlardan öncə Azərbaycanda rəqəmsal əkizdə simulasiya edir. Yəni hər hansı bir iş görülməmişdən qabaq RİNN-in alt qurumu olan AYNA stimulyasiya proqramları keçirir, müəyyən küçələrdə, həm mikro səviyyədə (yəni balaca bir sahədə) həm onun makro səviyyədə, yəni daha böyük şəhərin rayondan təsirləri təhlil edilib, sonradan müvafiq olaraq dəyişikliklər tətbiq olunur.Misal gətirə bilərik hansı işlər görülür və bunların nəticəsi nə olacaq. Deyək ki, 8 noyabr prospekti əsaslı təmir olunur və transformasiya olunur. Əsaslı təmir həm yolun altındakı kommunikasiyaların yenilənməsi, yerin üstünün isə yenidən transformasiya olunmasıdır. Çox sevindirici haldır ki, məhz 8 noyabr prospektindən başlamış zolaq ensizləşdirilməsinə gedilib. Bu da mövcud zolaq sayı saxlamaqla bir zolağın avtobus zolağına ayrılması və şəhərimiz üçün yenilik olan mikromobillik vasitələri üçün velo zolağın təşkili. Nəzərə alaq ki, 8 noyabr şəhərimizin ən uzun prospektlərindən biridir, 10 kilometrdir yəni Zığ dairəsindən başlamış üzü şəhər istiqamətində bu növ işlərin görülməsi hədəflənib və mərhələli şəkildə görülür. Şəhər mərkəzindən üzü Ağ şəhər istiqamətində də demək olar ki, işlər tamamlanıb. İndi Ağ şəhərlə Nargilə arasında işlər çox güman ki noyabr ayına qədər tam bitirilməsi nəzərdə tutulub. Keçən il eyni prospektdə tıxaca düşən vətəndaşın başqa alternativi yoxdur. Amma indiki vəziyyətdə vətəndaş özü qərar verəcək ki, neçə metrəni piyada getsin və yaxud velosipedlə getsin. Velosipedin bu arada həmçinin icarəçidir və artıq şəhərimizdə fəaliyyət göstərir. Şərait infrastruktur yaradıldıqca velosipedçilərin daha çox hərəkətini biz şəhər yollarında müşahidə edirdik. Bu məsələnin bir tərəfi.Digər tərəfdən də nəzərə alaq ki, bu növ işlər sistemli halda görülməlidir. Biz əgər piyada hərəkətdən deyiriksə piyada qısa məsafədə keçidləri təmin olunmalıdır. Yəni yolun bir tərəfindən digər tərəfinə eyni səviyyədə keçidi təmin olunmalıdır ki, insanlar piyada gəzməyə meylli olsun. Yoxsa biz əgər insanları uzaq məsafədə yeraltı, yerüstü keçidlərə yönləndirsək, ona gedən doğru olmayacaq və insan həmişə qısa yol axtarır. Bu da təşkil olunmalıdır müasir dünyada olduğu kimi eyni səviyyədə işıqforla nizamlanan və iki zolaqdan artıqdırsa təhlükəsizlik adacıqları təmin olunmalıdır ki, piyada yolun yarısını keçib yetişmədiyi halda təhlükəsiz halda gözləyə bilsin.Zığ dairəsindən üzü şəhər istiqamətində sıx məskunlaşma olduğundan prospektdə axınlar svetoforla nizamlanmalıdır. Bu da həmçinin piyadaların bir tərəfdən digər tərəfə rahat keçidi təmin etmiş olacaq. Yəni eyni anda bütün axın gəlmir. Hissə-hissə gəlir və bu daha nizamlı hərəkət etməyə kömək edir.Digər məsələ, şəhərdə demək olar ki iki beynəlxalq tədbir keçirilib. Bu da fəsadsız ötüşmür. Yəni Bakı özü monesentrik şəhərdir yəni bir mərkəzlidir. Baş planda düzdür 2040-cı ilədək nəzarət nəzərdə tutulub ki, polusentrik olsun, yəni çoxmərkəzli olsun, şəhərin ətrafında da mərkəzlər olsun. Yəni müasir şəhərlərin konsepsiyası üzrə 15 dəqiqəlik şəhər prinsipinə uyğun olaraq qurulsun. İnsan yaşadığı yerdə həm işləsin, həm əylənsin və bu mərkəzlər arasında da əlaqə təmin olunsun. Amma hal-hazırda hələ ki monosentrikdir. Bütün marşrutların əksəriyyəti şəhərin mərkəzindən keçir. Bu şəhərin mərkəzində bir küçənin əsaslı təmirə bağlanması nəqliyyat axınını digər küçəyə yönləndirəndə sıxlıq və tıxac qaçılmazdır. Burada hal-hazırda son tədbirlər görülənə qədər 30 dəqiqəyə qədər elə şəhərin mərkəzində itirirdik. Düşünürəm ki, bu işlər bitəndən sonra avtobus zolaqlar şəbələkəşdikcə, ictimai nəqliyyatın daha sürətli getməsinə şərait yaradacaq və avtobus zolağı ayırmaqla yanaşı zolaqda hərəkətə mane olan səbəblər də aradan qaldırılmalıdır.Bir çox sosial media hesablarını siz görə bilərsiniz ki, avtobusların bəzilərini çəkirlər ki zolaqla getmir. Zolaqla getməməyin səbəblərindən biri ağac budaqlarının mane olmasıdır və avtobuslara ziyan dəyə biləcək deyə sürücülər yan keçir. Düşünürəm İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfat Birliyi təxirə salınmadan bu məsələni aradan qaldırar və zolaqla birbaşa hərəkət təmin olunar.Həmçinin ictimai nəqliyyatın əlçatanlığı üçün dayanacaqlar daha yaxın və insanlara rahat yerlərdə qurulmalıdır. İnsanlar ictimai nəqliyyata meyl etməsi üçün o dayanacaq daha əlçatan olmalıdır. Dayanacağa gedən səki baryersiz olmalıdır. Həmçinin şəhərdəki naviqasiya sistemi qurulmalıdır. Həm tətbiqlər üzərindən, həmçinin dayanacaqlarda hansı avtobus keçirsə o avtobusun trayektoriyası göstərilməlidir ki, insanlar məlumatlı olsun.Müəyyən saytlarda avtobusların ümumi sayı, həmin marşrutun əvvəlindən sonuna uzunluğu, keçdiyi dayanacağı, xəritəsi göstərilməlidir. Eyni dayanacaqda digər marşrutların keçməsi haqqında məlumatlar əks olunmalıdır, qiyməti göstərilməlidir. Ümumi uzunluğu, daşıyıcısı haqqında məlumat göstərilməlidir ki, insanlar tam əmin şəkildə səfəri planlaya bilsinlər. Yəni bilsinlər ki, gedəcəyi ünvana hansı müddətə hansı avtobusla gedəcəklər. Yəni ola bilər ki bir avtobus olmasın iki avtobus səfərin təşkilində planlamağa imkan olsun.Digər məsələ mikromobillikdir. Bu mikromobillik hal-hazırda son 9 ayın nəticəsidir. 9 ay ərzində Bakıda bugünə qədər olmayan velo zolaq şəbəkəsi çəkilir və velo icarə də təşkil olunur. Düşünürəm ki, bu müsbət bir addımdır, qısa məsafəli həllər silsiləsinə və insanlar üçün ciddi bir alternativdir. Amma daha geniş baxsaq bu məsələyə yəni bu qısa vədəli həllər idi. Uzun vədəli, orta vədəli həllər şəhər mobilliyi üçün olmazsa olmaz relsi nəqliyyatının inkişafıdır. Yəni şəhərətrafı elektrik qatarı şəbəkəsidir, metro qatarının şəbəkəsi və bunların genişlənməsidir. Bunlar şəhər üçün vacibdir və bu sahələrə investisiya yatırılmalıdır ki, sərnişin axını parçalansın, daha çox yükü relsi nəqliyyat götürsün. Avtobus da əlaqələndirici funksiya daşısın. Şəhərin daxilində demotivasiya tədbirlərin və artırılması bu reallıqda ehtiyac olacaq. Zatən ilkin olaraq bəzi həlləri biz görürük. Zolaqlara girmənin cəzası artırılıb. Bu da insanların bir növdən digər növə yönəlməsinə gətirib çıxaracaq. Amma sistemli, kompleks halda bu məsələlər həll olmalıdır.Həmçinin yaxşı olar ki, insanlar yaşadığı ərazidə, yaxın məsafədə məktəblərə getsinlər və bu da sırf məktəblə bağlı olan səfərlərə birbaşa təsir edəcək. Digər tərəfdən də Qarabağ azad olunub, yenidən qurulur və köçkünlərimiz öz yurd-yuvalarına böyük qayıdış çərçivəsinə qayıdır. Bu da ümumi şəhər nəqliyyatına və şəhərdəki müəyyən yerlərdə sıxlığın azalmasına da gətirib çıxaracaq

Ayşən Vəli

Digər xəbərlər