PDF Oxu

Cəmiyyət

  • 3 536

BDU komandası Çində keçirilən startap yarışmasının qalibidir - FOTO

image

Çinin Xian şəhərində "Belt and Road" beynəlxalq universitetlərarası startap yarışmasında Azərbaycanı təmsil edən Bakı Dövlət Universitetinin (BDU) "DAIGNOSIS" komandası müsabiqənin beş qalibindən biri olub. Universitetdən SİA-ya bildirilib ki, tibdə süni intellektin tətbiqinə dair layihə ilə çıxış edən BDU komandası həkim və xəstələri onlayn platformada bir araya gətirən mobil tətbiq təqdim edib. Mobil tətbiq daxilində ilkin simptomlara əsasən süni intellekt tərəfindən xəstələrə diaqnozun qoyulması, xəstəliyə uyğun ixtisaslaşmış həkimlərin seçilməsi, onlayn konsultasiyanın təşkili nəzərdə tutulub.

Yarışma Çinin Xian Jiaotong Universiteti və İpək Yolu Universitet İttifaqı tərəfindən təşkil olunub. Tədbirdə Yaponiya, Britaniya, Türkiyə, Rusiya, Yeni Zelandiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 14 komanda və Çindən 22 komanda "Yaşıl texnologiyalar", "Elmi innovasiya", "Rəqəmsal texnologiyalar" və "Səhiyyə texnologiyaları" kateqoriyaları üzrə yarışıb.

Digər xəbərlər

Miqreni tez bir zamanda aradan qaldırmağın üç sadə yolu

Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...

Hələbdən olan kitab satıcısı bir milyon nadir kitabın arxivini toplayıb

O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…

Elon Musk insanların əksəriyyətinin etmədiyi bir şeyi edir...

Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...