PDF Oxu

Cəmiyyət

  • 2 718

46 motosiklet və moped qəzası olub

image

Cari ilin 11 ayı ərzində respublika üzrə motosiklet və moped sürücülərinin iştirakı ilə 46 yol-nəqliyyat hadisəsi olub, 16 nəfər həyatını itirib. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, sözügedən qəzalarda 34 nəfər xəsarət alıb.

Bundan başqa, məlumat verilib ki, son on beş gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 5 yol qəzasında 4 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!",- deyə məlumatda qeyd edilib.

Digər xəbərlər

Miqreni tez bir zamanda aradan qaldırmağın üç sadə yolu

Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...

Hələbdən olan kitab satıcısı bir milyon nadir kitabın arxivini toplayıb

O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…

Elon Musk insanların əksəriyyətinin etmədiyi bir şeyi edir...

Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...