PDF Oxu

Cəmiyyət

  • 2 749

Sabah yağış yağacaq

image

Bakıda və rayonlarda dekabrın 8-də hava şəratinin bəzi yerlərdə fasilələrlə yağışlı, qısamüddətli leysan xarakterli olacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Digər xəbərlər

Miqreni tez bir zamanda aradan qaldırmağın üç sadə yolu

Mütəxəssislər ənənəvi dərmanlardan istifadə etmədən şiddətli baş ağrıları ilə mübarizə aparmaq üçün təsirli üsullar təklif ediblər...

Hələbdən olan kitab satıcısı bir milyon nadir kitabın arxivini toplayıb

O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…

Elon Musk insanların əksəriyyətinin etmədiyi bir şeyi edir...

Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...