Ədliyyə naziri Fərid Əhmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşların müraciətini dinləyib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Ümummilli Lider Heydər Əliyevin rayondakı abidəsini ziyarət edib və önünə gül dəstəsi düzüb.
Qəbulda Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Laçın rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...
Vaşinqton onları milli təhlükəsizliyə təhdid kimi görürdü…
Məşhur yazıçı ideal bədən quruluşunu qorumaq üçün unikal bir üsul paylaşıb...