""Səs" qəzetinin yaranmasının 31 illik yubleyini ən xoş arzularımla təbrik edirəm". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, "İMZA" İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Hulusi Kılıç bildirib ki, "Səs" qəzeti yarandığı gündən bu günə qədər Azərbaycan xalqına xidmət edib: "Bu önəmli missiyanı layiqincə yerinə yetirir. Doğru və düzgün xəbər vermək çox önəmlidir. "Səs" qəzeti yarandığı gündən düzgün və müasir jurnalistika təqdim etməklə Azərbaycan xalqını maarifləndirmək missiyasını uğurla yerinə yetirir. Zaman-zaman yazdığım yazılar "Səs" qəzetində dərc olunub, geniş oxucu kütləsinə çatdırılıb".
"İMZA" İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç "Səs" qəzetinin kollektivinə təbriklərini çatdırıb: "Geniş oxucu auditoriyasına malik "Səs" qəzetinə uzun ömür, redaksiya kollektivinə isə uğurlar arzulayıram".
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…