Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" müvafiq qərarına əsasən yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq. SİA-nın məlumatına görə, tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral tarixi tətildən sonra ilk iş günüdür.
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...
...kəşf niyə “Ölülər legionu” adlandırılıb
Bu, həşəratların zəkası haqqında anlayışımızı dəyişir…