PDF Oxu

Cəmiyyət

  • 3 591

8 Mart kiçik rəssamların gözü ilə -REPORTAJ

image

Ona zərif deyirlər, zəif deyirlər, gücsüz, incə deyirlər, amma gücünün fərqindədirlər əslində. Boşuna deməyiblər, əgər bir qadın sevdiyini, sevgisinin böyüklüyə qədər möhkəm qucaqlaya bilsə, bütün sümükləri sınar. Zərif dediyimiz qadından dünya boyda sevgi çıxarmı? Çıxar. Axı bəşəriyyət onun bətnindən törəyib, sevgi onun içindən daşıb cahana. Onlar göründükləri kimi deyillər əslində, daha böyükdürlər, daha güclüdürlər.

Beynəlxalq Qadınlar Gününə böyük həvəslə hazırlaşanlar arasında balaca rəssamlar da vardı. Hərəsi öz anası üçün əlindən gələni etməyə çalışırdı. “M.A. ART” Rəssamlıq Studiyasının balaca yetirmələri müəllimləri Münəvvər Allahquliyevanın dəstəyi ilə analarına olan sevgilərini kətana köçürmüşdülər və hərəsi öz tablosunu götürüb dahi Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq artisti, Əmək Qəhrəmanı Əzim Əzimzadənin ev muzeyində təşkil olunmuş sərgiyə gəlmişdilər.

Sərginin açıq elan edən muzeyin direktoru İradə Əzimzadə uşaqların əl işlərinin gözəlliyinə valeh olduğunu bildirdi. O söylədi ki, körpə qonaqlarının gəlişinə həmişə sevinir, muzeydə onların sərgisinin təşkil olunmasından olduqca məmnundur. “M.A. ART” Rəssamlıq Studiyasının rəhbəri Münəvvər Allahquliyeva isə balaca rəssamların bu sərgiyə qısa müddətdə və çətin şəraitdə hazırlaşdığını dedi:

“Uşaqlar çətin hava şəraitində gəlirdilər dərsə, fevral ayında bildiyiniz kimi havalar soyuq, şaxtalı keçirdi. Mən valideynlərə təşəkkür edirəm ki, çətin hava şəraitində uşaqlarını məşğələlərdən saxlamadılar, sərgiyə hazırlaşmaq üçün bütün lazımı dəstəyi göstərdilər. Balaca rəssamlarımı da əzmlərinə, həvəslərinə görə təbrik edirəm”.

Daha sonra uşaqların çəkdiyi rəsm əsərlərinə baxış keçirildi. Qonaqlar və balaca rəssamların valideynləri hər tabloya maraqla yanaşdılar, uşaqlar öz əsərləri haqqında qonaqlara, sərgi iştirakçılarına məlumat verdilər. Sonda xatirə fotosu çəkildi.

Digər xəbərlər

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...