PDF Oxu

Cəmiyyət

  • 2 144

“İnformasiya bülleteni”nin üçüncü nömrəsi işıq üzü görüb

image

Mərkəzi Elmi Kitabxananın “İnformasiya bülleteni”nin bu il üzrə üçüncü nömrəsi işıq üzü görüb.

Nəşrin bu nömrəsində MEK-ə 2025-ci ilin üçüncü rübü ərzində daxil olmuş Azərbaycan və xarici dillərdə kitablar, dövri və ardı davam edən nəşrlər, avtoreferatlar üzrə biblioqrafik məlumatlar təqdim olunur.

Bu barədə MEK-dən bildirilib.

Bununla yanaşı, kitabxanaya hədiyyə edilən yeni kolleksiyalar və mövcud fondlara əlavə olunan sənədlər haqqında məlumatlar müvafiq bölmələrdə öz əksini tapıb.

Nəşrin sonunda iyul–sentyabr ayları ərzində MEK-də keçirilən tədbirlərin xronologiyası və həmin tədbirlərin yayımlandığı mənbələrə dair QR kodlar verilib.

Bu nömrə MEK-in Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın “Rəqəmsal bilik xəzinəsinə doğru” adlı məqaləsi ilə açılır. Məqalədə 100 illik tarixə malik Mərkəzi Elmi Kitabxanada həyata keçirilən yeniliklər, elektronlaşma və rəqəmsallaşma prosesləri, oxucu xidmətində tətbiq olunan innovativ yanaşmalar və digər mövzulardan bəhs edilir.

Digər xəbərlər

Qlobal epidemiya: sonsuzluq xəstələrinin sayı niyə artır...

Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...

Əl yazısındakı dəyişikliklər erkən demensiyanı göstərə bilər...

Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...

Damar sağlamlığı üçün acılı pəhriz...

Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...

Tələbələr rekord yanacaq səmərəliliyinə malik avtomobil yaratdılar...

100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...