PDF Oxu

İdman

  • 702

Dəniz sahilində çimərlik futbolu - FOTO

image

Lənkəran şəhərində- Xəzər dənizi sahilində yerləşən "Mona Beach by Beluqa" çimərliyi ərazisində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Cənub Regional Futbol Federasiyası, Mona Beach by Beluqa və Lənkəran Futbol Liqasının birgə təşkilatçılığı, FM Sports Group və Mediamax.az-ın tərəfdaşlığı, Buta Trade Company və Bolt Lənkəran (SDL Group)-un dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci illiyinə həsr olunmuş çimərlik futbolu üzrə açıq turnir keçirilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən yarışda Lənkəranla yanaşı, Bakı, Masallı və Salyan rayonlarını təmsil edən komandalar da iştirak ediblər. Turnir boyunca komandalar yüksək oyun əzmi, peşəkarlıq və idman prinsiplərinə sadiqlik nümayiş ediblər.
Yekun nəticələrə əsasən “ Ciqo” FK birinci yerə çıxıb. “ Kürsəngi” FK turnirin ikincisi olub. “Mognojba” FK isə üçüncü yeri qazanıb
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.
Məlumat üçün bildirək ki, turnirin təşkilində əsas məqsəd çimərlik futbolunun inkişafına dəstək vermək, sağlam həyat tərzini təbliğ etmək, gənclərin idmana marağını artırmaq, onların asudə vaxtlarının səmərəli keçməsinə şərait yaratmaq, komandalar arasında dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək, eləcə də idmanın kütləviliyinin genişləndirilməsinə töhfə verməkdən ibarət olub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər