PDF Oxu

Dünya

  • 6 096

Müharibə başlayandan Şimali Qafqazda spirtli içkilərin satışı artıb...

Bu artımda təkcə Çeçenistan istisnadır...

image

...Rosalkotabakkontrol-un bu ilin doqquz ayı üzrə son statistikasına əsasən, Rusiyanın cənub bölgələrində güclü spirtli içkilərin satışı 2022-ci ildən bəri artmaqdadır. SİA-nın əldə etdiyi məlumata görə, Şimali Qafqaz respublikaları arasında artan istehlak həcminə görə Kabardin-Balkariya liderdir.

Belə ki, əgər 2021-ci ilin yanvar-sentyabr aylarında bütün ölkə üzrə 151 milyon dekalitr spirtli içki satılıbsa, bu il bu, artıq 171 milyondur.

Ukraynada müharibə başlayandan bəri ölkə üzrə orta hesabla güclü spirtli içkilərin istehlakı 13 faiz artıb.

Qeyd edilməlidir ki, Şimali Qafqazın bəzi respublikalarında artım ümumrusiyanı üstələyib.

...Deməli, alkoqol istehlakı ən çox Kabardin-Balkarda artıb: 110 mindən 170 minə qədər – yəni bir yarım dəfədən çox. Dağıstanda üç il ərzində güclü spirtli içkilərin satışı 23 faiz artaraq 415-dən 511 min desilitə, Şimali Osetiyada 26 faiz artaraq 116-dan 147 minə, Stavropol diyarında isə 24 faiz artaraq 1,5-dən 1,9 milyon desilitə çatıb.

Maraqlıdır ki, Rusiyanın cənubunda statistika Şimali Qafqazdakıları qabaqlayır.

Adıgeydə araq, konyak və likör satışı 2021-ci ildəki 278 min desilitrdən bu il 351-ə yüksəlib.

Krasnodar diyarında 5,9 milyondan 7,5 milyona qədər: hər iki halda üç il ərzində artım 26 faiz təşkil edib.

...Güclü spirt istehlakı ən çox sərhəd Rostov vilayətində artıb: 2021-ci ilin üç rübündə alkoqolun pərakəndə satışı 2,8 milyon dekalitr təşkil edib, bu il isə artıq 3,8 milyon olub, yəni 35 faiz artım.

Qeyd edilməlidir ki, ümumi dinamikadan yalnız Çeçenistan seçilir. Bu, yeganə Şimali Qafqaz respublikası oldu ki, burada spirtli içkilərin pərakəndə satışı artmayıb, əksinə, 2021-ci ildəki 26 min desilitrdən bu il 9 minə qədər azalıb.

Əli Babayev

Digər xəbərlər

“Artemida II”: NASA-nın Aya uçuşuna geri sayım başlayır...

Bu, 50 ildən çox müddətdə Aya ilk astronavt missiyasıdır...

“Ukrayna Yaxın Şərq müharibəsinin gözlənilməz qalibi kimi ortaya çıxdı”...

Region ölkələri Kiyevin texnologiyasına investisiya qoymağa hazırdırlar...

Trampın səhvi: Üç söz Yaxın Şərqdə güc balansını necə dəyişdirdi..?

Tramp bu qəzəbi ilə İrana təsir edə biləcək yeganə ABŞ müttəfiqini rədd etdi..?

İranla müharibə: Çoxsaylı məğlublar və az qaliblər...

Gözlənilməz qaliblər arasında bazar dəyişkənliyindən faydalanan neft treyderləri də var...